Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Prezidenti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrimizin bu gün ən yüksək pilləyə qalxdığını deyən Prezident İlham Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd etdi. Dövlətimizin başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğuladı. Xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını deyən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Baqeri bildirdi ki, İranın Ali Rəhbəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir.

Qonaq qeyd etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu dedi və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğuladı.
Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş etdi və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırdı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar