Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük müharibə təhlükəsi: Suriya cəbhəsində İsrail-İran qarşıdurması

Suriyadakı hazırkı vəziyyət niyə İsrailin maraqlarını təmin etmir?

Politoloq: “İsrail qonşuluqda yerləşən istənilən nöqtələrdə İran tərəfindən maliyyələşən və dəstəklənən qruplaşmaların yox edilməsində maraqlıdır”

Suriyada vətəndaş müharibəsinin başlanğıcında Əsədin hakimiyyətdən getməli olacağını düşünənlər olduqca çox idi və belə olan təqdirdə indiki Suriya ərazisində İsrailin maraqlarına cavab verəcək şərait yaradılmalı idi”.

Bu sözləri politoloq Zaur Məmmədov Suriya məsələsi fonunda İran-İsrail münasibətlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Suriyada 7 ildir davam etməkdə olan müharibənin başlanğıcında demək olar ki, İsrail Suriya müharibəsinə birbaşa müdaxilə etmirdi. Lakin son bir ildə İsrail davamlı olaraq Suriya ərazilərini, paytaxt Dəməşqi raket atəşinə tutur və bunu İran hərbi güclərinin Suriyada yerləşməsi ilə əlaqələndirir. Bir neçə gün öncə növbəti hücumdan sonra İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.

Bəzi ekspertlərə görə, Suriya məsələsində narahatlıq doğuran əsas mövzulardan biri İsrail və İran arasında birbaşa hərbi konfliktin yaranmasıdır. İsrailin yüksək vəzifəli müdafiə rəsmiləri bildiriblər ki, əgər iranlılar İsrail hədəflərini vursa, İsrail İrana geniş hərbi zərbə endirəcək. İran isə iddia edir ki, o, Suriyada bazalar yaratsa da, Suriyada daimi qalmağa dair heç bir planı yoxdur.

Həmçinin bəzi ekspertlərə görə, İran İsrailin hərbi gücündən çəkinir və müharibəyə istəkli deyil. Onlara görə, İranın bütün cəhdləri sadəcə İsrail və ABŞ-ı öz ərazilərinə hücumdan çəkindirməkdir.

Qeyd edək ki, Tramp adminstrasiyası İranla İsrailin, paralel olaraq İranla Səudiyyə Ərəbistanının arasında gərginliyin dərinləşməsində maraqlıdır və Vaşinqton bunu gizlətmir. Ağ Ev bütün gücü ilə çalışır ki, İranı təxribata cəlb etməklə Tehranın beynəlxalq təcridini daha geniş əhatəyə sala bilsin. Hər şeydən əvvəl İranın Avropadan tam təcrid edilməsi əsas proritet məsələ olaraq görünməkdədir.

Maraqlıdır ki, İsrailin və İranın Suriyada birbaşa qarşı-qarşıya gəlməsi Suriya cəbhəsində tamamilə yeni situasiyanın yaranmasından xəbər verirmi və hələ ki, İsrailin hücumlarına dözümlülük nümayiş etdirən İran İsrailə birbaşa cavab verərsə, bu hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

Zaur Məmmədov: “İsrailin rəsmi Moskvadan istəyi bölgənin İrana yaxın və bu dövlətə məxsus olan qruplaşmalardan təmamilə təmizlənməsidir”.

İsrail və İran arasında açıq şəkildə müharibənin olacağı ehtimalının çox aşağı olduğunu ehtimal edən politoloq Zaur Məmmədova görə, tərəflər bir-birinə qarşı mübarizəni neytral ərazilərdə davam etdirirlər:

“İsrail son bir il ərzində daha aktiv şəkildə Suriyanın ərazilərini raket atəşlərinə tutmaqda davam etməkdədir. Suriyada vətəndaş müharibəsinin başlanğıcında Əsədin hakimiyyətdən getməli olacağını düşünənlər olduqca çox idi və belə olan təqdirdə indiki Suriya ərazisində İsrailin maraqlarına cavab verəcək şərait yaradılmalı idi. Lakin, bu baş vermədi. Rusiyanın Suriyaya hərbi müdaxiləsi əslində həm İsrailin, həm də ABŞ-ın bu ölkə ilə bağlı, ümumilikdə isə Yaxın Şərqlə bağlı planlarını pozdu.

İŞİD üzərində İranın da bilavasitə köməyi nəticəsində qələbə çalındı. Bundan sonra İrana yaxın olan silahlı qruplaşmaların Suriyada güclənməsinin şahidi olduq. İsrailin əsas hədəfi məhz bu qüvvələrdir.

Zaur Məmmədov: “İndiki halda Suriyada Əsədin hakimiyyətdə qalacağı şübhəsizdir”.

İsrail qonşuluqda yerləşən istənilən nöqtələrdə İran tərəfindən maliyyələşən və dəstəklənən qruplaşmaların yox edilməsində maraqlıdır. Çünki bu qruplaşmalar İsrailin milli maraqlarına və dövlət suverenliyinə təhdid təşkil edirlər.

İndiki halda Suriyada Əsədin hakimiyyətdə qalacağı şübhəsizdir. Buna görə də İsrailin rəsmi Moskvadan istəyi bölgənin İrana yaxın və bu dövlətə məxsus olan qruplaşmalardan təmamilə təmizlənməsidir.

Tehran isə bununla razılaşmır və Suriyada İranın varlığını milli maraqlar kontekstində önəmli sayır. Lakin bütün bunlara baxmayaraq, İsrail və İran arasında açıq şəkildə müharibənin olacağı ehtimalı çox azdır.

Tərəflər uzun illərdir ki, bir-birinə qarşı mübarizəni neytral ərazilərdə davam etdirirlər. Demək olar ki, bütün müsəlman ölkələrində bu iki dövlət bir-birinə qarşı müxtəlif metodlarla mübarizə aparır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Suriya İran İsrail

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar