Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp “Tehranın üstünə!” komandası verməyə hazırdır

Vaşinqton bu savaşa loyallıq üçün böyük dövlətlərə nə vəd edəcək?

 

ABŞ İrana qarşı hərbi əməliyyat xatirinə Suriyanı atır – şayiələr gəzir ki, artıq Ağ Ev belə bir zərbənin endirilməsi imkanı haqda Pentaqona sorğu edib.

Vaşinqton Avropa Birliyi, Rusiya, Çin və Yaponiyanı Yaxın Şərqdə böyük münaqişəyə hazırlayır.

Donald Tramp NATO üzrə müttəfiqi Türkiyə ilə alver edir. Türklər amerikalılar Suriyadan gedəndən sonra qətiyyən gizlətmir ki, kürdlərə hücuma başlamaq istərdilər. Onların İŞİD-ə qarşı mübarizədə müttəfiq olduqları önəmli deyil. Kürdlər Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və çevrəsi üçün radikal islamçılardan böyük deyilsə, balaca düşmən də deyil.

Türkiyə məhz buna görə hazırda ABŞ və müttəfiqlərinin Suriya torpaqlarının göz qoyduğu bölümündə hakimiyyət boşluğunu doldurmaq niyyətində olduğu Suriyada son aylarda əhatəli antikürd əməliyyatı hazırlayır.

Belə güc bölgüsü amerikalıları onların gedişindən sonra qane etmir. Donald Tramp bununla bağlı Ərdoğanla uzun-uzadı telefon danışıqları aparıb. Türkiyə öz fəaliyyəti ilə Suriyada durumu qarışdırarsa, ABŞ onu sərt iqtisadi sanksiyalarla qorxudur. Görünür, amerikalıların, mahiyyətcə, onsuz da taleyin ixtiyarına buraxdıqları dost kürdlərə yazıqları gəlməkdən daha çox İranla hərbi münaqişə halında öz əməliyyat meydanları və arxa cəbhəyə görə narahat olurlar.

“The Wall Street Journal” qəzeti məlumatlı qaynaqlara istinadən xəbər verib ki, ABŞ prezidentinin milli təhlükəsizlk üzrə köməkçisi Con Bolton İrana zərbə endirmək üçün hələ 2018-in sonunda əldə olan imkanlar haqda Pentaqona sorğu edib. İran mövzusu üzrə ziddiyyətlər də keçən ilin sonunda ABŞ müdafiə nazirinin dəyişdirilməsi səbəblərindən biri olub. Sonralar isə məlumat meydana çıxıb ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanının fəal dəstəyi ilə bu savaşda amerikalılar və NATO-nun müttəfiqi ola biləsi ərəb dövlətlərindən böyük hərbi blok düzəltməyə artıq praktik olaraq nail olub.

Düzdür, İran rejimiylə “nüvə sazişi” və onun beynəlxalq sanksiyalar rejimindən çıxarılması uğrunda çıxış edən Fransa, Almaniya və Avropanın başqa ölkələrinin daxil olduğu bütün Şimali Atlantika alyansının bu savaşı dəstəkləyib-dəstəkləməyəciyinə böyük şübhə var. Görünür, Donald Tramp və çevrəsinin ən yaxın vaxtlarda iranlılarla vuruşmaqda ciddi niyyətləri var. Son hadisələr və onların bəyanatları tutuşdurulsa, onda görünür ki, təkcə bütün böyük Yaxın Şərqi deyil, həm də Avropa Birliyi, Rusiya, Çin və Yaponiyanı da buna hazırlayırlar. İran neftində çox ölkələrin marağı var, eynilə də xeyli dövlət strateji önəmli Fars körfəzi bölgəsində istənilən savaşa qarşı çıxır. Amma ABŞ-ın hamı üçün öz arqumenti tapılır.

Bu, Yaponiya üçün Çinə qarşı dəstəkdir. Çin üçün ticari savaş və Şimali Koreyanın gələcəyi haqda danışıqlardır. Ərəb ölkələri üçün silah, yatırım və yenə də “Yaxın Şərq NATO-su”dur. Rusiya üçün sanksiyalar və Suriyadır. Həmincə Suriya təkcə bölgədə deyil, həm də bütünlükdə Şimali Atlantika alyansında ən güclü ordulardan biri sərəncamında olan Türkiyə üçün xırda pula çevrilir.

Amerika KİV-ləri fal açır ki, Donald Tramp milli təhlükəsizlik üzrə öz müşavirinin Pentaqona sorğusu haqda bilirdimi? Əlbəttə, çox ehtimal ki, bunu o da sanksiyalaşdırıb. Amma, bəlkə də, bu əhvalatda başlıcası İran üzrə Amerika hərbçilərinə sorğunu kimin təşkil etdiyi haqda məlumat deyil. Bu fakt önəmlidir ki, Con Boltonun bu sorğusu ümumiyyətlə ictimaiyyətə məlum olub.

Görünür, ABŞ hərbi rəhbərliyi ölkənin siyasi administrasiyasının nikbinliyinə ortaq olmur. Axı Boltonun sorğusu mətbuata, şübhəsiz, Pentaqonun özündən “süzülüb”. Müdafiə naziri Ceyms Mettisin istefası hərbi əməliyyatların başlanması haqda siyasi qərar qəbulunu sadələşdirib. Lakin Yaxın Şərqdə böyük savaşın ABŞ üçün ziyanlı, ya da hətta gücü çatmayacaq olduğunu sayanların xəlvəti müxalifliyi saxlanır.

Və indi artıq məsələ bundadır ki, bu peşə müxalifəti birinci növbədə Demokratik Partiyanın simasında siyasi müxalifətlə birgə Donald Trampın çevrəsindəki Bolton kimi radikalları durdura biləcəkmi? Əgər alınmasa, onda dünya bazarlarında enerji daşıyıcıları qiymətlərinin kəskin artımına gətirəcək böyük savaş olduqca ağlabatandır. Hər halda Ağ Ev “Tehranın üstünə!” komandası verərsə, dünyada durumun necə gəlişəcəyini öncədən söyləməkdən fərqli olaraq bu artımı proqnozlaşdırmaq əsla çətin deyil. (Strateq.az)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar