Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada “Təhlükəsiz bölgə” haraları əhatə edir..

Terror təşkilatı YPG təhlükəsiz zonadan çıxarılınca cənuba sıxışdırılaraq Əsəd ilə İŞİD terrorçularına yaxınlaşaraq yox olmaqdan qorxur

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp srağagün Twitter üzərindən etdiyi açıqlamada, Suriyada "20 mil-lik\" (32 kilometr) bir təhlükəsiz bölgə yaradılmasından bəhs etmişdi.
Tramp və prezident Ərdoğan dünən telefon danışığı apararaq məsələnin detallarını müzakirə edib.

Ərdoğan qrup toplantısında toxunub

Ərdoğan dünən AK Partiyanın Türkiyə Böyük Millət Məclisinin Qrup Toplantısında etdiyi çıxışında, sözügedən xətt üçün, "Suriyada Türkiyə sərhədi boyunca bizim tərəfimizdən yaradılacaq təhlükəsiz bölgə, o cümlədən, xatırlayın Obama dövründən etibarən mənim vurğuladığım bu təhlükəsiz bölgə məsələsi 20 mil olaraq Tramp tərəfindən də ifadə edilib ki, bu da 32 kilometr dərinlikdə bir təhlükəsiz region deməkdir" deyə söyləyib.

460 kilometrlik xətt

Xəritə məkan ölçülərinə görə, Suriya-Türkiyə sərhədində 32 kilometr dərinlikdə yaradılacaq region 460 kilometrlik bir xətti əhatə edir.
Rakka və Hasəkənin şimalındakı yaşayış məntəqələrini əhatə edəcək region, qərbdən şərqə Sırrin, Eyn İsanın şimalı, Suluk, Resulayn, Tel Temr-in şimalı, Derbesiye, Amudə, Qamışlı, Verdiyye, Tel Hamis, Kahtaniyye, Yerubiyye və Malikiyedən keçir.
Şuyuf Tahtanı, Aynularab (Kobani), Tel Abyad, Derbesiye, Amudə, Kahtaniye, Cevadiye və Maliyə rayonları inzibati olaraq tamamilə bu xəttin içində qalır.


Münbiç rayon mərkəzi xəttin xaricində qalır

Xətt qərbdə Münbiçin şərqindəki Saçır çayı sahilindən başlayır. Münbiç rayon mərkəzi 32 kilometrin kənarında qalır.

Qamışlıda Əsəd var

Digər tərəfdən, 32 kilometrlik sahənin fiziki olaraq içində qalan Hasəkə bölgəsinin Qamışlı rayon mərkəzində Bəşər Əsəd rejimi varlıq göstərir. (müxalifət.az)
pia.az


Etiket: Suriya YPG

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar