Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq

“Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq çox güclü küləklə bağlıdır”

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. (Report)

O bildirib ki, Ümumdünya Metrologiya Təşkilatının üzvü kimi Azərbaycanda da açıqlanan proqnozlar və xəbərdarlıqlar dünya təcrübəsində qəbul olunmuş meyarlara uyğun verilir: “Sabah üçün verilən ifrat təhlükəli hidrometreoloji hadisəni səciyyələndirən meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır. Bu Xəzər dənizinin akvatoriasına aiddir. Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Hidrometrologiya xidmətinin vəzifə borcudur ki, meyarlara uyğun olaraq təhlükəli hidrometroloji hadisələri səciyyələndirsin və bu barədə müvafiq xəbərdarlıqları həm dövlət orqanlarına, həm müvafiq təşkilatlara göndərsin. Borcumuz eyni zamanda əhalini gözlənilən hava dəyişikliyi ilə bağlı məlumatlandırmaqdır”.

Direktorun sözlərinə görə, sabah Azərbaycanda gözlənilən güclü küləyin sürəti dəniz akvatoriasında daha çox olacaq: “Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir. Bu yarımada üçün çox güclü külək hesab edilir. Bu da o deməkdir ki, bəzi quru ağacların budaqları sına bilər və s. Sabah əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac yoxdursa çölə çıxmasınlar, valideynlər övladlarını nəzarətsiz çölə buraxmasınlar”.

U.Tağıyeva deyib ki, ifrat təhlükəli hidrometreoloji hadisə rayonlarda çox yağıntı və qarla müşahidə olunacaq: “Rayonlarda temperatur kəskin enəcək”.

O, insanların xəbər başlıqlarından təşvişə düşməmələrini, bunu normal qəbul etmələrini məsləhət görüb. Bildirib ki, insanlar hava dəyişikliyi ilə bağlı əvvəlcədən məlumatlı olmalıdır: “İndiyə kimi deyirdilər ki, “niyə bizə demirlər?”, “niyə xəbərdarlıq etmirlər?”, səbəb insanların təşvişə düşmə ehtimalı idi”.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar