Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Kremlə qarşı demarşı – Gümrüdəki hərbi baza oyun masasında

Məhəmməd Əsədullazadə: “Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması, ilk növbədə, Qarabağ münaqişəsinin həllində müsbət atmosfer formalaşdıra bilər”

Ədalət Verdiyev: “Cinayətkarların Rusiya tərəfindən verilməməsinin və Ermənistan ictimaiyyətində narazılıqların artmasının səbəbi odur ki, Rusiya İrəvanı beynəlxalq hüququn bərabərhüquqlu subyekti deyil, özünün Qafqaz maraqlarının icraçısı kimi görür”.

Yanvarın 12-də Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib. Aksiyanın təşkilatıçısı Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan bildirib ki, aksiya Avetsyan ailəsinin qətlinin 4-cü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın qətlə yetirilməsinin 40-cı gününə həsr edilib. Qeyd edək ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazanının hərbçisi Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Eyni zamanda Rusiyanın 102 saylı hərbi bazasının 23 yaşlı hərbçisi 2018-ci il dekabrın 2-də 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparır. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edir.

Onu da qeyd edək ki, keçən ilin sonundan etibarən Ermənistanda rus bazasına qarşı aktiv etiraz aksiyaları təşkil edilməyə başlanıb. Belə ki, ermənilər rus hərbi bazasının çıxarılmasını tələb edirlər. Ermənistanın Rusiya ilə əldə etdiyi razılaşmalara daim tənqidi yanaşan Tiqran Xzmalyan bir neçə dəfə aksiyalarda Rusiya ilə yaxınlaşmanın Ermənistanı hədəfə çevirdiyini qeyd edib. Ümumiyyətlə isə son zamanlar Ermənistanda Rusiya hərbi bazasının çıxarılması ilə bağlı fikirlər getdikcə artmaqdadır.

Maraqlıdır ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələblərinin artmasının səbəbi nədir və bu tələblər Paşinyanın Putinə təzyiq etməsi ilə əlaqəli ola bilərmi? Ümumiyətlə, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkündürmü və bu hal bölgədə hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəhərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Ermənistanda Rusiya əleyhinə hərbi bazanın çıxarılması ilə bağlı etiraz aksiyaları birbaşa Paşinyanın Kremlə qarşı demarşıdır”.

Ermənistanda Rusiya əleyhinə hərbi bazanın çıxarılması ilə bağlı etirazların daha da genişlənməsinin gözlənilən olduğunu vurğulayan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan tərəfinin tələbinin reallaşması fonunda Qarabağ münaqişəsinin həllində də müsbt addımlar sezilə bilər:

Ermənistanda baş verən məxməri inqilabdan sonra bu ölkənin Rusiya əlaqələrində dərin böhran meydana gəldi. Qərbpərəst olan Nikol Paşinyanın hökumətinin formalaşmasında anti-rusiya qüvvələrindən istifadə etməsi, özünün Rusiyaya qarşı olduğu ilk günlərdən sezilirdi. Paşinyan məhz Qərbin dəstəyi ilə ona görə iqtidara gəlib ki, ölkəsini Rusiyanın boyunduruğundan çıxarsın. Çünki hazırda Cənubi Qafqazda Rusiya Ermənistan vasitəsilə regiona nəzarət edir. Məhz Rusiyanın Ermənistan ərazisində olan Gümrü hərbi bazası Ermənistanı nəzarətdə saxlamaq, həmçinin Cənubi Qafqaza nəzarət etməkdən ibarətdir. Hazırda Ermənistan Rusiyanın fortpostudur. Paşinyan çalışır ki, bu aslılıqdan qurtulsun. Ancaq mümkün deyil. İlk növbədə, Rusiyanın hərbi bazasını ölkəsindəın çıxartmalıdır. Xatırladım ki, Putinlə Paşinyan bir neçə dəfə görüşsə də iki ölkə arasında əlaqələr normallşamayıb.

Məhəmməd Əsədullazadə: “Bu gün Ermənistanın işğalçılıq siyasətinin arxasında Gümrüdəki Rusiya hərbi bazası durur”.

İlk növbədə Rusiya rəhbərliyi Paşinyana etimad etmir. Çünki Paşinyan sözdə və əməldə ayrı-ayrı şəxsdir. Ermənistanda Rusiya əleyhinə hərbi bazanın çıxarılması ilə bağlı etiraz aksiyaları birbaşa Paşinyanın Kremlə qarşı demarşıdır. Bu təlimat Qərbdən gəlir və bundan sonra etirazların daha geniş təşkil olunması gözlənilir.

Bu üzdən də Rusiya rəhbərliyi Ermənistana satılan qazın qiymətində güzəştə getmədi. Bundan sonra etirazlara ölkədə strat verildi.

Hesab edirəm ki, Rusiya bir müddət sonra Ermənistandan bazalarını çıxarda bilər. Amma, bu regionda dəyişən şərtlər fonunda rellaşa bilər. Rusiyanın qoşunlarının Ermənistandan çıxarılması regionun təhlükəsizliyi və sülhün əldə olunmasında mühüm amil rol oynaya bilər.

Bu gün Ermıənistanın işğalçılıq siyasətinin arxasında Gümrüdəki Rusiya hərbi bazası olur. Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması, ilk növbədə, Qarabağ münaqişəsinin həllində müsbət atmosfer formalaşdıra bilər”.

Ədalət Verdiyev: “Moskva Paşinyansız birmənalı və dəqiq siyasi konturlara malik bir Ermənistan arzusundadır”.

Moskvanın Paşinyansız Ermənistan arzusunda olduğunu qeyd edən hərbi ekspert Ədalət Verdiyevə görə, Paşinyanın siyasi gedişatındakı qeyri-dəqiq addımlar Rusiya və Qərbin gözləmə mövqeyi seçməsinə səbəb olur:

“İlk dəfə deyil ki, Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyanın verdiyi bəyanatların Azərbaycanda və regionun digər dövlətlərində bəlli bir reaksiyalara səbəb olur. 2015-ci ildə 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov tərəfindən tam bir ailə məhv edildi və üstündən 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, həmin işlə bağlı hələ də şübhəli şəxslər Ermənistan tərəfinə təhvil verilməyib.

Digər səs-küylü hadisə 2018-ci ilin Şirak əyalətinin Panik kəndində baş verdi. Belə ki, Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçiriblər. Xəbərdarlıqsız həyata keçirilən bu təlim yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurmuşdu. Hətta bununla bağlı ciddi nümayişlər də keçirilmişdi. Paşinyanın yeni hakimiyyətə gəlməsi zamanı baş verən bu hadisələri bəziləri Rusiyanın Paşinyana təzyiqi kimi dəyərləndirmişdi.

Eyni zamanda ötən ilin dekabr ayında 102-ci bazanın sürücü mexaniki tərəfindən süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirildi. Əslində həmin rus hərbçisi həbs olunmuşdu və onu uzunmüddətli həbs gözləməli idi. Lakin bu məsələdə cavabdeh şəxslərin heç biri Ermənistan tərəfinə təhvil verilmir.

Hüquqi baxımdan bu hadisələr bazanın ərazisində baş vermədiyinə görə şübhəli şəxslər mütləq şəkildə Ermənistan tərəfinə təhvil verilməlidir. Ancaq biz bunu müşahidə etmirik. Hər üç və digər xırda cinayətlər fonunda belə çıxır ki, istənilən rus əsgər Ermənistanın istənilən zonasında istədiyi cinayəti törədə və rahat şəkildə hərbi bazaya girərək cəzasız qala bilər.

Ədalət Verdiyev: “Rusiyanın həm Qafqazdakı hadisələrə müdaxilə etmək, həm də Türkiyə və Gürcüstan ilə sərhəddə hərbi bazaya ehtiyacı olduğuna görə Ermənistana tələbatı yüksəkdir”.

Cinayətkarların Rusiya tərəfindən verilməməsinin və Ermənistan ictimaiyyətində narazılıqların artmasının səbəbi odur ki, Rusiya İrəvanı beynəlxalq hüququn bərabərhüquqlu subyekti deyil, özünün Qafqaz maraqlarının icraçısı kimi görür. Paşinyan hakimiyyətə gələrkən verdiyi vədlər arasında NATO-ya üzvlük, Avropaya inteqrasiya və s. məsələlər vardı.

Hazırda Rusiya və eyni zamanda Qərb Paşinyanın mövqeyini gözləmək məcburiyyətindədir. Çünki bu gün Ermənistan hakimiyyətinin konturları dəqiq seçilməyib. Irəvan özünü gah Qərbə, gah da Şərqə daha baha qiymətə satmağa çalışır. Bu isə hələlik ciddi effekt vermir və hər iki tərəf Ermənistanın əvvəllər də tətbiq etdiyi bu metoddan xəbərdardır.

Moskvanın özü də Ermənistandan əl çəkə bilmir. Rusiyanın həm Qafqazdakı hadisələrə müdaxilə etmək, həm də Türkiyə və Gürcüstan ilə sərhəddə hərbi bazaya ehtiyacı olduğuna görə Ermənistana tələbatı yüksəkdir. Moskva Paşinyansız birmənalı və dəqiq siyasi konturlara malik bir Ermənistan arzusundadır. Buna görə də hələlik gözləmə mövqeyini seçməyə məcburdur”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar