Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin yeni yaratdığı agentliyə – Sədr təyinatı

Aqrar Xidmətlər Agentliyinin sədri postuna təyinat olub

Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov verib. O bildirib ki, sözügedən vəzifənin icrası Seymur Mövlayevə həvalə edilib. (Minval.info)

Seymur Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı BakıASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun – Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.

Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

“Aqrolizinq” ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar