Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor Sayalı Sadıqovanın plagiat etdiyi yeni mənbə üzə çıxdı – Fotofakt

Dilçilik institutunun lüğət yazan əməkdaşları alim adına layiq olmayan davranışa yol veriblər

PİA.az xeber.org saytına əsasən xəbər verir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın dövlət vəsaiti hesabına nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti”nin sırf plagiat çıxmasını hər yeni fakt bir daha təsbit edir. Plagiat kitabla bağlı apardığımız araşdırma zamanı daha maraqlı bir faktla üzıəşdik. Məlum oldu ki, S.Sadıqovanın plagiatlıq edən komandası təkcə Fəxrəddin Veysəllinin, eləcə də Musa Adilov, Zemfira Verdiyeva və Firəngiz Ağayevanın müəllifi olduqları lüğətlərdən köçürməyiblər. Aşkar etdik ki, onlar həm də üçüncü bir kitabdan – Musa Adilov və Aydın Paşayevin illər uzunu zəhmət çəkib ərsəyə gətirdikləri “Azərbaycan onomastikası” kitabından terminləri nöqtə vergülünə dəymədən köçürüblər.

Aşağıdakı bəzi nümunələr də göstərir ki, Dilçilik institutunun lüğət yazan əməkdaşları alim adına layiq olmayan davranışa yol veriblər. Kitabdakı çoxsaylı plagiat faktı barədə aydın təsəvvür yaratmaq üçün yalnız bir səhifədən seçmələri təqdim edirik.

Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK FORMANTOnimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz

S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK FORMATOnimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz

Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK LEKSEMKonkret məzmundan asılı olmayaraq, dilin bir struktur ünsürü kimi onomastik model tərkibində iştirak edən onim funksiyalı söz. Ən çox yayılmış onomastik leksem növləri antroponimik leksemlər və toponimik leksemlərdir.

S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK LEKSEM – Konkret məzmundan asılı olmayaraq, dilin bir struktur ünsürü kimi onomastik model tərkibində iştirak edən onim funksiyalı söz. Ən çox yayılmış onomastik leksem növləri antroponimik leksemlər və toponimik leksemlərdir.

Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK LEKSİKA Onomastik sözlərin (onimlərin) məcmusu. Onimik leksika adətən apelyativ leksika ilə qarşılaşdırılır. Onimik leksikanın ən çox yayılmış növləri antroponimik leksika və toponimik leksika hesab olunur.

S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK LEKSİKAOnomastik sözlərin (onimlərin) məcmusu. Onimik leksika adətən apelyativ leksika ilə qarşılaşdırılır. Onimik leksikanın ən çox yayılmış növləri antroponimik leksika və toponimik leksika hesab olunur.

Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:

ONİMİK MİKROSİSTEM Adətən çox məhdud ərazidə, bir kənddə, obada məlum olan hər hansı xüsusi adlar sistemi. Yerli dialeiktlərin, coğrafi şəraitin, əhalinin etnik tərkibinin, o ərazidə baş vermiş tarixi hadisələrin, əhalinin dünyagörüşünün onimik mikrosistemə təsiri özünü göstərir. Buraya daxil olan antroponimik mikrosistem və toponimik mikosistem də fərqləndirilir.

S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:

ONİMİK MİKROSİSTEMAdətən çox məhdud ərazidə, bir kənddə, obada məlum olan hər hansı xüsusi adlar sistemi. Yerli dialeiktlərin, coğrafi şəraitin, əhalinin etnik tərkibinin, o ərazidə baş vermiş tarixi hadisələrin, əhalinin dünyagörüşünün onimik mikrosistemə təsiri özünü göstərir. Buraya daxil olan antroponimik mikrosistem və toponimik mikosistem də fərqləndirilir.

Köçürmənin miqyası barədə daha geniş təsəvvür yaratmaq üçün səhifələrin surətini mətnə əlavə edirik.

Mənbə: xeber.org

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar