Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU-da tələbələrə “faiz qoyuldu”

Gəncə Dövlət Univerisitetinin bir qrup tələbələri “Gündəm Xəbər”in redaksiyasına ilginc məktub ünvanlayıblar

Tələbələrin başına gələn haqsızlıqlarla bağlı məktubu olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq: “Hörmətli “Gündəm Xəbər”redaksiyası, biz Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin sinif müəllimi ixtisasının III kursunda (rus bölməsi üzrə) təhsil alırıq. Dövlətimizin və Prezidentimiz İlham Əliyevin bizlərə olan qayğısını dərk edirik və öz minnətdarlığımızı bildiririk.

Bölgədə baş verən hadisələrin obyektiv şəkildə işıqlandırdığınızın şahidiyik. Ümidimiz yalnız Sizədir! Təhsil naziri Ceyhun Bayramov 2018-2019 tədris ili imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb. Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.

Bu xəbəri eşidən hər bir tələbə ürəkdən sevindi. Lakin umidlərimiz elə birinci imtahadan sonra puç oldu. Belə ki, bizim birinci imtahanımız Müqayisəli pedaqogika fənnindən 04.01.2019-cu il tarixdə baş tutdu. İmtahandan sonra məlum oldu ki, rəhbərlik tərəfindən hər qrupa “faiz qoyulmuşdur”. Bu nə deməkdir? Öncədən dekan və tədris işləri üzrə prorektor hər qrupdan neçə tələbənin qeyri – kafi alacağını müəyyən edir, imtahanın nəticələrinin yoxlanılması qeyri ixtisas müəllimə tapşırılır. Biz rus bölməsində təhsil almağımıza baxmayaraq, bizim yazılı cavablarımız rus dilindən anlayışı olmayan psixologiya üzrə fəlsəfə doktoru Kazımova Günaya tapşırılmışdır. Bizə nəticələr elan edildikdən sonra universitetdə təşkil edilmiş imtahan qərargahına ərizə ilə müraciət etdik. Dedilər ki, 3 gün müddətində cavab almalıyıq. Lakin üçüncü gün biz rəhbərlik tərəfindən güclü müqavimətlə üzləşdik. Öncə bizi rektorun katibəsi qarşılayaraq məsələyə aydınlıq gətirəcəyini bildirdi. Bu heç bir nəticə vermədi. Sonra biz rektorumuzla görüşmək istədik, bizi qovdular. Üz tutduq Gəncə şəhəri İcra Hakimiyyətinə ki, bəlkə bizə dəstək olan tapılar?! Orada bizi Yadigar müəllim qarşıladı və bildirdi ki, İcra Hakimiyyəti bu işlərə baxmır, yalnız bizim öz təhsil aldığımız müəssisə obyektivliyi təmin etməlidir.

Üz tutduq yenə GDU-ya. Tələb etdik ki, əgər bizim yazıları bizə göstərmək istəmirlərsə, onda yazdığımız ərizələrin üzərinə qoyulmuş dərkənarı göstərsinlər. Nəticədə, dekan Apoyev B. və prorektor Məmmədov .F. bizə dedilər ki, appelasiya prosesində sizin iştirakınızı önəmli hesab etmədik.

Bu məsələ sizin iştirakınız olmadan da həllini tapdı. Bütün baş verən proseslərin səsyazmalarını təqdim edə bilərik. Ancaq biz tələbəyik və bizi bərk hədələyirlər. Bununla yanaşı prorektor bildirdi ki, “25 manat elə də böyük pul deyil, fevralın 2-14 arası ödəyəcəksiniz və imtahanınızı verəcəksiniz”.

Bizim üçün qaranlıq qalan məqamlar aşağıdakılar oldu:

1. Niyə bizim imtahan cavablarımızı rus dilini bilməyən, bu fənni tədris etməyən müəllimlər yoxlayıb?

2. Bizim cavablarımız niyə bizdən gizlədilir?

3. Appelyasiyaya verilmiş ərizələrimiz niyə cavabsız qalıb?

4. Niyə bizim rektor tələbələri ilə görüşmək istəmir?

5. Ümidlə üz tutduğumuz Gəncə şəhəri İcra Hakimiyyəti niyə bizə köməklik göstərmədi?

6. Bu özbaşınalığı kim dayandıracaq?

7. Niyə tələbə kontengentinin 50 faizi qeyri-kafi almalıdır? Bu qərarı kim verib?

8. Bir tələbə olaqar dövlətimizdən aldığımız maddi dəstəyin kəsilməsi kimə sərf edəcək?

Nəzərinizə çatdıraq ki, sıramızda elə gənclər var ki, Azərbaycan gəncliyini digər ölkələrdə təmsil edir.

Xahiş edirik ki, bizim problemə aydınlıq gətirəsiniz, bu məsələni ictimayiləşdirəsiniz.

Biz Vətənimizi, Prezidentimizi sevirik, çalışırıq ki, onun ətrafinda sağlam gənclik olaraq, sıx birləşək. Biz gözəl, təmiz, korrupsiyasız Azərbaycan naminə işlər görmək, ona layiqli vətəndaş olmaq istəyirik!

pia.az



Şərh yazın.

Elçin Cavadov

Gəncə Dövlət Universiteti ölkəmizin nüfuzlu təhsil ocaqlarından biridir. Kimya elmləri doktoru, professor Yusif Yusibovun rəhbərlik etdiyi təhsil ocağında yüksək ixtisaslı pedaqoji kollektiv, sağlam tələbə-müəllim münasibətləri, şəffaf imtahan prosedurları formalaşıb. Bu baxımdan bir məqamı xatırlatmağa ehtiyac duyulur ki, Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün mətbuat nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Elə bu faktın özü də universitetin mətbuata və ictimaiyyətə nə qədər açıq olduğunun təsdiqidir. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin biliyinin eyni vaxtda yoxlandığı yazılı imtahan prosesini izləyiblər.Bildirilib ki, ümumilikdə altı min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar