Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - günün emosional fonu əlverişli deyil. Əhvalınız normallıqdan çox uzaqdır. Qıcıqlı, dözümsüz, hirsli olmayın. Belədə sizinlə çalışmaq çətindir.

Maliyyə problemləri yarana bilər. Diqqətli olun, imzaladığınız sənədlərə başdansovdu yanaşmayın. Unutqan olmayın. Borc almaq məqsədəuyğun deyil.

Yaxın ətrafınızdakı insanlarla münasibətlər birmənalı deyil. Kimin sizin tərəfinizdə, kimin də sizə qarşı olduğunu bəlirləmək çətinləşib. Yaxınlarla fikir ayrılıqları mümkündür. Dostlarla ixtilaflar ciddiləşir.

Buğa - uğurlar vəd edən gündür. Yaşam və iş şəraitində yeniliklər edin. Səfər və səyahətlərdə xeyir var. Yolda xoş tanışlıq baş tuta bilər. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Yeni müttəfiqləriniz ola bilər.

İşdə aktivləşmək və yeni mərhələyə çatmaq üçün münasib zamandır. Maliyə durumu yaxşıdır. Alış-veriş, istirahət etmək olar.

Yaxınlarınızı sevindirin. Sevdiyiniz insana xoş sürpriz edin.

Əkizlər - istənilən formatda və səviyyədə görüş, danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Münasibətləri uzun müddətə gərginləşdirə biləcək ixtilaflara yol alacaq mübahisələrdən çəkinməyərək mühüm məsələləri müzakirə etmək olar. Çətin problemin həllində aktiv olun. İrəliləyişə mane olan hər şeydən qurtularağa çalışın.

Yeni kommersiya layihəsinə başlamaq, müttəfiqlər aramaq üçün əlverişli zamandır. Yeni planlar qurun. Onların bir çoxunu həyata keçirə biləcəksiniz.

Xərçəng - çətin, amma maraqlı işlər günüdür. Aldığınız yeni məlumatı tez əxz edin, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizə can atır. Yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Pula ehtiyacınız olduğu bu vaxtda gəlir əldə edəcəksiniz.

Başqa vaxtlar çox darıxdırıcı və rutin təsir bağışlayan ev işlərinin öhdəsindən asanlıqla gəlin. Məişət problemlərinin həllində yaradıcı yanaşma nümayiş etdirin. Axşam saatlarında fəal və təşəbbüskar olun.

Şir - qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına olursa-olsun, çatmaq istəyirsiniz. Bu yolda ətrafınızdakı insanların qələzəblə qarşılaya biləcəyi metodlara əl atmayın. Təbii, başqalarının fikrinə və mövqeyinə önəm verib-verməməyi siz müəyyənləşdirirsiniz. Amma unutmayın ki, özünüzə nüfuzlu düşmən qazana bilərsiniz. Bu insanla qarşıdurma isə uzun və üzücü ola bilər.

Gələcəkdə problemlərdən yayınmaq üçün müəyyən kompromislərə getmək gərəkdir.

Maliyyə fonu əlverişsizdir. Gərəksiz itkilər və xərclər ola bilər. Sərmayə yatırmaq, anlaşmalara varmaq məsləhət deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.

Günün ikinci yarısında fəal olun.

Qız - birgə layihələrdə iştirak etmək üçün əlverişli zamandır. Çətin vəziyyətə düşmüş insana yardım edin. İctimai və siyasi proseslərdə fəal olun. Yeni işlərə başlamaq olar. Təcrübə və ya xüsusi bacarıqlarınız olmasa belə, uğura sürətlə nail olmaq mümkündür.

İstənilən formatda işgüzar danışıqlar pis keçməyəcək.

Yaşam potensialı səviyyəsi yüksək, enerji çoxdur. Günün ikinci yarısında ehtiyatlı olun. Meteohəssas insansınızsa, bu zamana ciddi heç nə planlaşdırmayın.

Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Ağır və mühüm işlərə başlamaq məsləhət deyil. İstənilən təhlükəli, riskli layihəni təxirə salın. Yalnız öz mövqeyinizə və fikrinizə güvənməyin. Daha çox yaşam təcrübəsinə malik insanların məsləhətlərini qulaqardına vurmayın. Diqqətsiz davranaraq səhvlərə yol verməyin.

Maliyyə məsələlərini həll etmək, alış-verişdə böyük məbləğdə pul xərcləmək və ya sövdələşmək, danışıqlar aparmaq məsləhət deyil. Hüquq-mühafizə orqanlarının nümayəndəsi ilə ünsiyyətdə problemlər yarana bilər. Səfər və ya səyahətə yollanmayın.

Əqrəb - çətinliklər olsa da, ümidsiz gün deyil. Problemlər əsla gözləmədiyiniz yerdə və zamanda yaranacaq. Vəziyyətdən çıxış yolu tapmaqla yanaşı, formalaşan situasiyanı xeyrinizə çevirin.

Yeni maraqlı işlər yaranacaq. Müttəfiq və tərəfdaşların yardımı ilə bu işlərin öhdəsindən gələ bilərsiniz.

Yeni tanışlıqlar üçün əlverişli zamandır. Çoxdankı anlaşılmazlığı aradan qaldırmaq olar. Sevdiyiniz insanla münasibətlərdə harmoniyaya nail olun.

Oxatan - istənilən çətinlikdəki məsələlərin və problemlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqeyinizi yaxın ətrafınızdakı insanların nəzərinə çatdırmaqda müəyyən çətinlikilər çəksəniz də, səbrli və soyuqqanlı olun. Belə davransanız, həmin şəxslərin dəstəyini ala bilərsiniz.

Adamayovuşmaz və qaraqabaq insanla belə, dil tapacaqsınız. Çətin situasiyada müttəfiq və yardımçı tapmaq üçün diplomatcasına davranın.

Ətrafınızdakı insanlara yardım edərkən öz maraqlarınızı da unutmayın. Çoxdan reallaşdırmaq istədiyiniz arzunu həyata keçirin.

Oğlaq - bu gün qeyri-adi, ətrafınızdakı insanları təəccübləndirəcək ekstrevaqant addımlar ata bilərsiniz. İntuisiyanız həddən artıq güclüdür. Duyğularınız bəzən sağlam məntiqə zidd olsa da, yanlış deyil. Yeni, praktik bilgi və bacarıqlar əldə edə bilərsiniz.

Gəlirlər olacaq. Alış-veriş üçün əlverişli zamandır. Ailə üzvləriniz və yaxınlarınızı sevindirin. Bunun üçün ciddi səylərə ehtiyac yoxdur.

Dolça - mürəkkəb gündür. Ehtiyatlı olun, diqqət mərkəzinə düşməməyə çalışın. Belə davransanız, ciddi problemlər sizdən yan keçəcək.

Yalınz rəğbət bəslədiyiniz insanlarla təmaslarda olun. Səbəbini anlamasanız belə, sizdə neqativ emosiyalar yaradan insanlarla istənilən ünsiyyətdən uzaq durun.

Yaxınlarınızdan biri istəmədən sizə ziyan vura bilər.

Maliyyə məsələlərində çox ehtiyatlı və sərfaxt olun. Alış-veriş və kommersiya fəaliyyəti ilə bağlı tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin.

Balıqlar - bir qədər əvvəl başladığınız işi bitirmək və ya cəsarətli layihəni reallaşdırmaq üçün əlverişli şəraitdən istifadə edin. Uğurlu gündür. Risk etmək olar. Mühüm məsələləri müzakirə edin. Peşəkar fəaliyyətinizin perpsektivləri ilə bağlı düşünün, həmkar və müttəfiqlərlə görüşün.

Yardım istəyənlərin xahişini qulaqardına vurmayın. Sizdən əlahiddə səylər tələb olunmayacaq, yaxınlarınız isə sizə hədsiz minnətdar olacaqlar. Yeni tanışlıqlar, romantik münasibətlər üçün yaxşı gündür.

Günün ikinci yarısını sevdiyiniz insanla keçirin.(milli.az)

pia.az


Etiket: Bürclər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar