Bazar ertəsi, 24 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çevik Polis Alayı bu qədər cinayətin üstünü açıb - Statistika

Ötən il post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib

Bu barədə Əlahiddə Çevik Polis Alayı komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov deyib.

Onun sözlərinə görə, hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub", - deyə məruzəçi qeyd edib.(Teleqraf.com)

pia.az


Şərh yazın.

loading...