Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çiçəyi burnunda” Ermənistan parlamenti Azərbaycanı “qaralamaq” istəyir

Ermənistan parlamenti guya 1990-cı ilin 13-19 yanvar tarixlərində Bakıda baş vermiş “erməni talanını” müzakirəyə çıxaracaq

Politoloq: “Ermənistan ictimai fikri başqa məsələlərə yönəltmək və insanların başını qatmaq üçün bu cür təbliğat şouları həyata keçirir”.

“Ermənilər gözəl başa düşürlər ki, bir neçə gündən sonra Azərbaycanda və dünyada 20 yanvar hadisələrindən danışılacaq. Biz o vaxtı verdiyimiz şəhidləri yad edəcəyik, dünyanın aparıcı mətbuat vasitələrində Sovet ordusunun SSRİ-nin ən böyük şəhərlərindən birinə hücum etdiyini və dinc əhalini qırdığını qeyd edəcəklər”.

Bu sözləri politoloq Eldar Namazov Ermənistanın yeni parlament sədri Araraat Mirzoyanın güya 1990-cı ildə Bakıda baş verən “erməni qətliamı” ilə bəyanatını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında isə informasiyanın xüsusi rolu var. Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasının olduğunu nəzərə alsaq, Ermənistan tərəfi bu bazadan daim öz xeyrinə istifadə etməyə çalışır. Bu baxımdan zaman-zaman Ermənistanın qondarma ittihamları gündəmə gəlir. Hətta Ermənistanın yeni höküməti də bu üsuldan vaz keçə bilmir.

Belə ki, dünən işə başlayan yeni Ermənistan parlamenti Azərbaycana qarşı yeni informasiya savaşı başladır. PİA.az Newsarmenia.am-a istinadən xəbər verir ki, Ermənistan parlamenti guya 1990-cı ilin 13-19 yanvar tarixlərində Bakıda baş vermiş “erməni talanını” müzakirəyə çıxaracaq. Bu barədə dünən Ermənistanın yeni parlament sədri Ararat Mirzoyan məlumat verib.

Mirzoyan bildirib ki, 1990-cı ilin 13-19 yanvar tarixlərində 250 mindn artıq erməni əhalinin yaşadığı Bakı şəhərində ermənilərə qarşı etnik talan baş verib. “Çiçəyi burnunda” erməni spiker iddia edib ki, həmin ərəfədə Bakıda 400-dən artıq erməni zorakılığın qurbanı olub. Erməninin mülkü və sərvəti talan olunub və qəsb edilib.

Mirzoyan onu da vurğulayıb ki, bu rəqəmlər beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Lakin Ararat Mirzoyan hansı beynəlxalq təşkilatdan bəhs etdiyini dəqiqləşdirməyib.

Hazırkı vəziyyətdə Paşinyan höküməti bu qondarma ittiham kampaniyasına hansı səbəbdən start verir? Həmçinin bu qondarma ittihamlara qarşı və bu informasiya savaşında qalib gələ bilmək üçün Azərbaycan hansı zəruri addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazovun fikirlərini öyrənib.

Eldar Namazov: “Bu şoular çox ucuz yalan əsasında qurulub. Paşinyan Ermənistan ictimai fikri başqa məsələlərə yönəltmək və insanların başını qatmaq üçün bu cür təbliğat şouları həyata keçirir”.

Ermənistanın yeni parlamentinin irəli sürdüyü ittihamların əsassız olduğunu bildirən politoloq Eldar Namazova görə, bu qondarma ittihamlar əsasən Ermənistanın kritik olan daxili siyasətində ictimaiyyətin başını qatmaq üçün ortaya atılıb:

“Bütün dünya bilir ki, 1990-cı ilin yanvar ayında Sovet ordusu Sovetlər Birliyinə daxil olan Azərbaycanın paytaxtına hücum edib və yüzlərlə insanları qətlə yetirib. Bu işə rəhbərlik edən Sovet İttifaqı marşalı Dmitri Yazov olub. O, mətbuata açıqlamasında açıq şəkildə bildirib ki, qarşılarında qoyulan əsas vəzifə Azərbaycan Xalq Cəbhəsini darmadağın etmək və kommunist rejimini xilas etməkdən ibarət olub.

Bu həqiqəti hər kəs bilir. Hətta əməliyyata rəhbərlik edən marşal göründüyü kimi, açıq etiraf edib. Ona görə də ermənilərin növbəti uydurması heç bir əhəmiyyət kəsb etmir və bu proseslərlə bağlı fikirləri dəyişdirə bilməzlər. Sadəcə olaraq, yeni yaranan parlament kifayət qədər çətin bir durumdadır və ölkədə islahatlar aparmaq üçün kadr, maliyyə resursları yoxdur. Seçki kampaniyası dövründə verilən vədləri də yerinə yetirmək mümkün deyil. Bu baxımdan Paşinyan Ermənistan ictimai fikri başqa məsələlərə yönəltmək və insanların başını qatmaq üçün bu cür təbliğat şouları həyata keçirir. Bu şoular çox ucuz yalan əsasında qurulub.

Eldar Namazov: “Hesab edirəm ki, ermənilərin indiki qondarma ittihamının heç bir təsiri olmayacaq”.

Təsadüfi deyil ki, Ermənistanda məlum qondarma ittihamı ilə bağlı plan indi baş verir. Onlar gözəl başa düşürlər ki, bir neçə gündən sonra Azərbaycanda və dünyada 20 yanvar hadisələrindən danışılacaq. Biz o vaxtı verdiyimiz şəhidləri yad edəcəyik, dünyanın aparıcı mətbuat vasitələrində Sovet ordusunun SSRİ-nin ən böyük şəhərlərindən birinə hücum etdiyini və dinc əhalini qırdığını qeyd edəcəklər. Ermənilər bunun fərqindədir. Hesab edirəm ki, ermənilərin indiki qondarma ittihamının heç bir təsiri olmayacaq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar