Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Federasiya rəhbərliyi yalnız öz cibini düşünür - Etiraz

Basketbol Federasiyasında vəziyyət çox ağırdır. Milli komandalarımız beynəlxalq yarışlara getmir. Federasiyanın prezidenti Nadir Nəsibov çempionat oyunlarına baxmağa gəlmir. O, sonuncu dəfə dörd il əvvəl çempionata baxmağa gəlib

Bunu bu gün basketbol üzrə Azərbaycan çempionatında çıxış edən beş klubun - "AzTop", ADNSU, NTD, "80-lər" və "Alov"un nümayəndələri bildirib.

Basketbol Federasiyası rəhbərliyinin idarəçiliyindən narazı olduqları üçün çempionatı boykot edən klublar bu gün mətbuat konfransı keçirib.

"Oyunlar zamanı oynamağa top tapmırıq. Hakimlərə yaxınlaşanda deyirlər ki, topu komandalar özləri ilə gətirməli idi. Basketbol torları cırıq-cırıqdır.

Çempionata bu cür təşkilatçılıqla sponsor da cəlb etmək olmur. Sponsora yaxınlaşanda "Basketbol var Azərbaycanda?" sualını verir.

Ad qoyulur ki, gənc millilərə üstünlük verilir. Amma nə U-16, nə də U-18 millilərimiz yığmada iki ildir oyun keçirir.

Kişi millimiz 2012-ci ildən bəri yoxdur. Halbuki biz o vaxt Avropa çempionatına çıxmağa çox yaxın idik. Klassik basketbol Azərbaycanda məhv olub. Yalnız 3×3 basketbola diqqət ayrılır.

Bizim çempionat bazardır. Federasiya rəhbərliyi yalnız öz cibini düşünür. Bu il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına legionerləri yığıb gətirəcəklər. Çünki bizim milli yoxdur.

Sabah nazirliklə görüşümüz olacaq. Ümid edirəm ki, bu məsələdə bizə dəstək olacaqlar. Amma sizə deyək ki, onların da bu məsələdən əvvəldən xəbəri vardı".

U-20 millimizin sabiq baş məşqçisi, NTD klubunun çalışdırıcısı Tahir Baxşıyev isə yığmadan getməsini belə əsaslandırıb:

"U-20 millisi yoxdursa, deməli, məşqçi də lazım deyil. Ona görə də dünən gedib ərizəmi yazdım. Biz əsas milli olaraq sonuncu dəfə İslamiadada iştirak etmişik. Hamısı yerli uşaqlar idi. Adam fəxr edirdi.

Məşq etməyə zallar yoxdur. Sağ olsun Təhsil Nazirliyi ki aşağı liqaları keçirir. Gəlin, baxın, görün ki, ora nə qədər tamaşaçı gəlir".(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar