Laosun Rusiyaya verdiyi T-34 tanklarının eşelonu Krasnoyarsk vilayətinə çatıb
Hərbi texnika təntənəli mərasimlə qarşılanıb. (Axar.az )
Qarşılama mərasimində Rusiya Müdafiə Nazirliyi rəsmiləri, Krasnoyarsk administrasiyasının rəhbərliyi və veteran təşkilatların nümayəndələri iştirak edib.
Qeyd edək ki, Laos hökuməti 30 ədəd T-34 tankını Rusiyaya verib. Sözügedən texnikanın Qələbə gününə həsr olunmuş paradlarda, muzeylərdə və Böyük Vətən müharibəsinə həsr olunmuş tarixi filmlərin çəkilişində istifadəsi nəzərdə tutulub.
pia.az