Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teatrşünas İlham Rəhimlidən etiraz: “Dünyada heç bir aktyoru yaşının çoxluğuna görə işdən çıxarmırlar”

Tanınmış teatrşünas İlham Rəhimli teatrlarda yaşlı aktyor və aktrisaların işdən çıxarılaraq təqaüdə göndərilməsinə etiraz edib və bununla bağlı sosial şəbəkədəki səhifəsində mövqeyini açıqlayıb

“Dünyanın heç bir teatrında aktyoru və ya rejissoru yaşının çoxluğuna görə teatrdan işdən çıxarmırlar. Çünki teatrda (eləcə də həkimlikdə, müəllimlikdə, rəssamlıqda, ifaçılıqda, elmi işlərdə…) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir.

Hansısa aktyor 30, 40 yaşında da teatra yararsız ola bilər. Yaxud, əksinə, hansısa aktyor 80-90 yaşında da teatr üçün səmərə verə bilər. Bu, asılıdır onun istedadının hansı yaşa qədər bəhrə verməsindən. Gəlin unutmayaq ki, yaşlı, lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir.

Çox-çox təəssüflər olsun ki, son illər Azərbaycanda aktyorlar 63, qadınlar 60 yaşlarından teatrla vidlaşmalı olublar (bir neçə ildir bu rəqəmdə dəyişmə var). Bu, teatra qarşı ağlagəlməyən, məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər. Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir.

Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin ömür yaşlarını xatırlatmaq istəyirəm.

Akademik Milli Dram Teatrında. SSRİ Xalq artistləri: Mirzağa Əliyev – 71 yaş, Sidqi Ruhulla – 73 yaş, İsmayıl Ocmanlı – 76 yaş, İsmayıl Dağıstanlı – 73 yaş, Hökümə Qurbanova – 75 yaş.

Azərbaycanın Xalq artistləri: Mustafa Mərdanov – 74 yaş, Ağahüseyn Cavadov – 87 yaş, Ağasadıq Gəraybəyli – 91 yaş, Möhsün Sənani – 81 yaş, Sona Hacıyeva – 72 yaş, Əliağa Ağayev – 70 yaş, Nüsrət Fətullayev (rəssam) – 74 yaş, Sofya Bəsirzadə – 82 yaş, Leyla Bədirbəyli – 79 yaş, Nəcibə Məlikova – 71 yaş, Lütfi Məmmədbəyov – 77 yaş, Kamal Xudaverdiyev – 70 yaş.

Əməkdar artistlər: Murad Muradov – 80 yaş, Fateh Fətullayev – 74 yaş, Əzizə Məmmədova – 69 yaş, Hacıməmməd Qafqazlı – 84 yaş, Natalya Lizina – 65 yaş, Mirvari Novruzova – 71 yaş, Cabbar Əliyev – 70 yaş, Sadıq Saleh – 77 yaş, Məcid Şamxalov – 77 yaş, Bürcəli Əsgərov – 72 yaş.

Gənc Tamaşaçılar Teatrında. Xalq artistləri: Firəngiz Şərifova – 90 yaş, Süleyman Ələsgərov – 80 yaş, Solmaz Qurbanova – 73 yaş, Hüseynağa Sadıqov – 68 yaş.

Əməkdar artistlər: Süsən Məcidova – 69 yaş, Rüxsarə Ağayeva – 79 yaş, Əhməd Əhmədov-Rumınski – 80 yaş…

Gəncə Dövlət Dram Teatrında. Xalq artistləri: İsmayıl Talıblı – 69 yaş, Məmməd Bürcəliyev – 80 yaş, Rəmziyyə Veysəlova – 79 yaş, Sədayə Mustafayeva – 78 yaş, Ələddin Abbasov – 92 yaş…

Naxçıvan Dövlət Musiqili Dram Teatrında. Xalq artistləri: Əyyub Haqverdiyev – 85 yaş, İbrahim Həmzəyev – 73 yaş, Sofya Hüseynova – 89 yaş, Roza Cəfərxanova – 83 yaş, Firuzə Əlixanova – 77 yaş, Əkbər Qardaşbəyov – 78…

Siyahını xeyli artıra bilərdim… Ancaq elə göstərdiyim faktlar da, məncə, kifayətdir.

Dostlar!

Teatrları uğursuz işlərdən, yaşadıqları acınacaqlı böhranlardan “təqaüd oyunu” ilə çıxarmaq mümkün deyil. İlk növbdə teatr sənətinə cavabdeh məmurların səhnə sənətinə yaradıcı münasibətlərini kökündəm dəyişmək lazımdır”. (Strateq.az)
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar