Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq Rüfət Aslanlı ilə bağlı araşdırmaya başlayıb

Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlı ilə bağlı araşdırma aparır

Bunu bu gün mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Jurnalistin “Türkiyə vətəndaşı Mustafa Veysəl sizə müraciət edərək Rüfət Aslanlının dələduzluq yolu ilə onun 808 min manat pulunu mənimsədiyini bildirib. Rüfət Aslanlı ilə bağlı mətbuatda başqa səpkili yazılar da yayımlanır. Keçmiş rəhbərlə bağlı məsələ nə yerdədir?” sualına K.Əliyev istintaq sirrini qorumaqla qısa cavab verib:

“İcazə verin mən Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən yayınım. Çünki bu məsələ ilə bağlı araşdırma aparılır. Mən indi deyəcəyim sözlə gələcəkdə atılacaq addımı qarşılamış olaram. Hər hansı bir ifadəm istintaqa təsir edə bilər. Ona görə də araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini redaksiyamıza təqdim edib. (qafqazinfo.az)

Həmin yazı ilə burada tanış ola bilərsiniz. 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar