Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NED-in Azərbaycana ayırdığı qrantlar hara sərf olunur?

Əməkdar jurnalist: “Əgər Azərbaycan prezidenti zəif insan olsaydı, başımıza hansı oyunların açılacağı naməlumdur”

“Gizli şəkildə maliyyə ayırıb, hansısa təşkilatları maliyyələşdirən Qərb dairələri Azərbaycan kimi dövlətlərdən demokratiya, insan haqqları tələb edirlər. Sanki biz onlara hesabat verməyə borcluyuq”

Bu sözləri əməkdar jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Milli Demokratiya Fondunun Azərbaycana ayırdığı qrantların məqsədini PİA.az-a şərh edərkən bildirib.

Məlumdur ki, Avropa dövlətlərində də insan hüquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində bir sıra addımlar atılır. Avropada baş verən polis zorakılığını susqunluqla qarşılayan Milli Demokratiya Fondu (NED) kimi təşkilatlar isə xüsusən inkişaf etməkdə olan ölkələrə qarşı tədbirlərin reaallaşdırılması üçün kifayət qədər vəsait sərf edirlər. Bu cür təşkilatların hesabatlarında isə ayrılan vəsaitlərin ünvanı göstərilmir.

Lakin Beynəlxalq təşkilatların hesabatlarına nəzər saldıqda görünür ki, 2017-ci ildə NED-in Azərbaycana ayırdığı qrantların bir hissəsi “siyasi məhbus”larla bağlı olub. Bu qrantlar Azərbaycanda “siyasi məhbus”ların nüfuzunun artırılması başlığı ilə təqdim edilib. NED-in ayırdığı vəsaitlərin əhəmiyyətli hissəsi isə azərbaycanlı tərəfdaşların vətəndaşları siyasi proseslərə cəlb etməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, NED 2017-ci ildə Azərbaycana qarşı təxribatları genişləndirmək üçün 1 milyon 31 min 681 ABŞ dollar vəsait ayırıb. Bu isə təxminən 1 milyon 800 min manat deməkdir.

Maraqlıdır ki, xaricdən Azərbaycana göndərilən qrantlar kimə və hansı məqsədlər üçün ayrılır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı uzun illər QHT sektorunda çalışan əməkdar jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin fikirlərini öyrənib.

Azər Həsrət: “Azərbaycanın müstəqil siyasət yürütməsi fonunda Qərbdəki müəyyən mərkəzlər bu vəziyyəti xoş qəbul edə bilmirlər”.

Qərbdə müəyyən mərkəzlərin müstəqil siyasət aparan ölkələrə qarşı təxribatçı addımlarının kökündə asılılıq yaratmaq olduğunu qeyd edən tanınmış jurnalistin Azər Həsrətə görə, bütün hallarda həmin mərkəzlərin Azərbaycanla bağlı planları reallaşmayıb:

“Ümumiyyətlə, Azərbaycan kimi ölkələrlə bağlı Qərbin öz siyasəti var. Onlar istəmir ki, Azərbaycan kimi yeni müstəqillik əldə etmiş ölkələr öz ayaqları üstündə dura bilsin və öz sözünü sərbəst şəkildə deyə bilsin. Ona görə də bu ölkələri asılı vəziyyətə salmağa çalışırlar. Təbii ki, hakimiyyət zəif olanda həmin dövlətlər dərhal asılı vəziyyətə düşürlər. Məsələn, Ermənistan hər zaman asılı vəziyyətdə olub və bu hal qalmaqda davam edir.

Düzdür, Ermənistan Qərb yox, Rusiyadan asılıdır. Lakin istənilən halda asılı dövlət olduğuna görə Rusiyanın hər çaldığına oynamaq məcburiyyətindədir. Azərbaycan isə müstəqilliyi dövründən öz sözünü deyib və müstəqil siyasət yürüdüb. Azərbaycanın müstəqil siyasət yürütməsi fonunda Qərbdəki müəyyən mərkəzlər bu vəziyyəti xoş qəbul edə bilmirlər.

Azər Həsrət: “Həmin mərkəzlər öz ərazilərində baş verən hadisələrə istənilən halda göz yummağa hazırdırlar, ancaq Azərbaycan kimi ölkələrə basqı etmək üçün baş verən hadisələrdən yararlanmağa çalışırlar”.

Əgər Azərbaycan prezidenti zəif insan olsaydı, başımıza hansı oyunların açılacağı naməlumdur. Lakin dövlət başçımız güclü şəxsiyyətdir və müstəqil siyasət aparır. O, dünyada heç bir iradə ilə hesablaşmır. Buna görə də bəzi təşkilatlar Azərbaycana qarşı təxribatlar törətmək üçün böyük miqdarda maliyyə vəsaitləri ayrılır. Bir növ V kolonu ayaqda tutmaq üçün onları maliyyələşdirirlər, amma maliyyəni ayırdıqlarının kimliyini gizlədirlər.

Bu cür gizli şəkildə maliyyə ayırıb, hansısa təşkilatları maliyyələşdirən Qərb dairələri Azərbaycan kimi dövlətlərdən demokratiya, insan haqqları tələb edirlər. Sanki biz onlara hesabat verməyə borcluyuq.

Bilirsiniz ki, bu yaxınlarda Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi konkret şəxs, onun hüquqlarının pozulması və s. məsələlərlə bağlı Azərbaycana müraciət etmişdi. Bu, həqiqətən də gülüş doğurur. Çünki bir aydır ki, Fransada insanlar küçələrdə döyülür. Fransa öz başına çarə qılacağına Azərabycandakı bir gənclə bağlı məsələyə müdaxilə edir. Bu isə açıq şəkildə onu göstərir ki, həmin mərkəzlər öz ərazilərində baş verən hadisələrə istənilən halda göz yummağa hazırdırlar, ancaq Azərbaycan kimi ölkələrə basqı etmək üçün baş verən hadisələrdən yararlanmağa çalışırlar.

Azərbaycan xalqı onları yaxşı tanıyır. Buna görə də həmin mərkəzlər uzun müddətdir çalışmaqlarına baxmayaraq, Azərbaycanda ortalığı qarışdıra və xalqla hakimiyyət arasında uçurum yarada bilmirlər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar