Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolton ABŞ-ı İrana qarşı müharibəyə təhrik edir – “The New York Times”

ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik müşaviri Con Boltonun yürütdüyü hərbi siyasət İranla münaqişəni sürətləndirə bilər, həm də prezidentin amerikalı hərbçiləri çıxarmaqla Yaxın Şərqdə təsir vasitələrini itirdiyi bir məqamda

“The New York Times” qəzetinin yazdığına görə, belə bir narahatlığı Pentaqonun aparıcı rəsmiləri səsləndirirlər.

Cənab Boltonun göstərişilə Milli Təhlükəsizlik Şurası ötən il Pentaqondan xahiş edib ki, İranı vurmaq üçün Ağ evə hərbi variantlar təklif etsin. Müdafiə Departamenti və aparıcı rəsmilərin sözlərinə görə, bu xahiş ovaxtkı müdafiə naziri Cim Mattisi və digər rəsmiləri əndişələndirib. Bu xahiş İranın dəstəklədiyi yaraqlılar ABŞ səfirliyinin Bağdaddakı səfirliyinin ərazisi sayılan boş yerə raket atmasından sonra səsləndirilib.

“The Wall Street Journal” ilk dəfə yazmışdı ki, Boltonun xahişinə cavab olaraq Pentaqon bir neçə ümumi variant təklif edib. Variantlardan biri – daha çox simvolik addım kimi sərhədin o tayında İranın hərbi obyektinə raket zərbəsi endirmək təklif olunurdu. Mattis və digər hərbi liderlər reaksiya verməyə qarşı çıxıblar, sözügedən hücumun elə də böyük olmadığını deyiblər, sonucda bu mövqe qalib gəlib.

“Belə bir hücum silahlı münaqişəyə səbəb olar, İraqın Birləşmiş Ştatlardan ölkədən çıxmağı tələb etməsinə gətirərdi, anonimlik şərtilə danışan aparıcı amerikalı rəsmi belə deyir.

Cənab Bolton apreldə bu vəzifədə H.R. Mkasteri əvəzləyəndən administrasiyanın İrana təcrid və təzyiq siyasətini gücləndirib. Bu, İran liderlərinə düşmənçiliyi sərgiləyir, onun George W. Buş administrasiyasında çalışdığı günləri yada salır. Bolton vəzifədə olmadığı müddətdə İrana hərbi hücumlara, rejim dəyişikliyinə çağırmışdı”, – qəzet yazır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Garet Marquis isə deyib ki, müşavir siyasəti koordinasiya edir, bir sıra təhdidləri cavablamaq üçün prezidenti variantlarla təmin edir.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar