Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natamam yuxunun təhlükəsi isbat olundu

Günə altı saatdan az yatan insanlarda, yeddi-səkkiz saat yatan insanlarla müqayisədə ürək-damar xəstəliklərinin inkişafı riski daha yüksək olur

Belə bir nəticəyə ABŞ və İspaniyadan olan birgə tədqiqat qrupu gəlib.

Elmi araşdırma haqqında press-reliz “EurekAlert!” portalında dərc olunub.

Tədqiqatda ümumilikdə 3 min 974 ispan iştirak edib. Eksperiment ərzində könüllülərin üzərində yuxu və gümrahlıq vəziyyətlərini və onların müddətini ölçə bilən aktiqraf adlı cihaz olub. Könüllülər gecə istirahətinə nə qədər vaxt ayırmalarından asılı olaraq dörd qrupa bölünüb.

Eksperiment iştirakçıları bundan başqa exokardioqrafiya və kompüter tomoqrafiyasından keçiblər.

Məlum olub ki, altı saatdan az yatan insanlarda aterosklerozun inkişafı ehtimalı 27 faiz yüksək olub (7-8 saat yatanlarla müqayisədə). Bundan başqa narahat yuxu və gecə vaxtı tez-tez oyanmalar ürək-damar sistemi orqanlarının xəstəliyi riskini 34 faiz artırıb.

Ancaq normadan artıq yatmağın da ziyanı üzə çıxıb. 10-12 saat yatan insanlarda da ateskeleroz riski mövcud olur.(oxu.az)

pia.az


Etiket: natamam yuxu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar