Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ: Seriallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur

Ötən il ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib

Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib.

Məlumata görə, telekanalların yayım zamanı “Televiziya və radio yayımı haqqında” qanunundaha çox 35.2 və 35.7-ci maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib (müvafiq arayışlar tərtib edilib).

Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları müşahidə edilib. Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların xəbər buraxılışlarında rast gəlinərək qanun pozuntusu kimi qeydə alınıb (Xəzər, ATV, ARB).

Bir sıra özəl yayımçıların efirində qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələbləri mütəmadi olaraq pozulub. Bu hallar daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edilib. Milli-mənəvi dəyərlərin efirdə pozulması daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir. Müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur.

İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışılıb.

Məsələn, belə hallardan biri cari ilin may ayında (05.05.2018-ci ildə) Space TV-də yayımlanan “El sizin, sirr bizim” verilişində baş verib. Belə ki, verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.

İl ərzində aparılan monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, daha çox ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Monitorinqlər göstərib ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır. Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də “Xalxın evi”, “AY yay, yay”, ATV-də “Qız atası”, “Bacanaqlar” və s. göstərmək olar.

Həmçinin seriallarda sponsorla bağlı da vəziyyət ürəkaçan deyil. Belə ki, sponsorlar seriallarda gizli və açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır.

pia.az


Etiket: MTRŞ Seriallar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar