Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-nın maqnitlənmiş 14-cü otağında nələr baş verir?

Vətəndaşın DYP-dən narazılığı günü-gündən artır

Baş Dövlət Yol Polis İdarəsində əhalinin necə incidilməsi hərkəsə yaxşı məlumdur. Maraqlı məqam isə əhalini savadsızlıqla ittiham etdikdən sonra rahat şəkildə dolamalarıdı. Vətəndaşların etdiyi şikayətlərə düzgün baxa bilməyən kreslo həvəskarları xidmətində durmalı olduqları şəxslərlə kobud rəftardan belə qaçmamaqdadırlar. Verilən hər bir şikayətə bir cavab var. Cərimə yazılıb və bank hesabına vurulub. Bizim səlahiyyətimiz çərçivəsində olmayan məqamlardan olan bu məsələyə köməklik etməyimiz mükün deyil. Vətəndaş isə öz növbəsində həlini tapa bilmədiyi şikayətinin əvəzinə cərimə ödəmək məcburiyəti ilə üz-üzə qalmaqdadır.

Yüzlərlə insan DYP otaqları qarşısında boynu bükük halda haqq-ədalətin insafla təmin edilməsini gözləsələrdə, bürokratik , süründürməçilik əzabın daşımaq məcburiyyətindədirlər. Bu otaqlarda yalnız cərimələrlə bağlı problemlərin həlli üçün deyil həmdə şərlənərək avrtomobili əlindən alınan şərxoşsan deyib məhkəmə ilə qorxuzularaq evində axırıncı çörək pulunu xəbərsiz gətirib otaqların qarşısında atasına məxsus maşını təcili qaytarmaq istəyənlərdə var. Məcburiyyətdən qeyri qanuni yollara əl ataraq DYP rəsmilərinin tələbini yerinə yetirmək üçün dəridən qabıqdan çıxanlarda var.

Ümumiyyətlə hər bir rayonda və o çümlədən Respublika Yol Polisi olduğu halda Baş Dövlət Yol Polisinə nə ehtiyac duyulmaqdadır...?
Nə qədər dövlət büdcəsi yüksək məvacib halında hesablara köçürülməkdədir. BDYP idarəsində az iş çox maaş prinsipi sanki yazıəlmamış qanunlardandır... Gecə səhərə qədər kriminal vəziyyətlə üzləşməsi ehtimalın yüksək olduğu PPX isə yalnız çox iş az maaş prinsipinə sadiq qalmaq məcburiyyətindədir.

"Bakupress" xəbər verir ki, "maşınımızın cəriməsi ilə bağlı cərimə meydaçasına aparıldı və bununla bağlı Bakı şəhər yol polis idarəsinin 14- cü otağında əyləşən Xeyrulla müəllimə müraciət etdim. 150 manat pul ödədim və dedim qalanında bir neçə gün sonra gəlib ödəyəcəmki tam sıfırlansın. Çeki istədikdə isə arxayın olun gələndə verəcəm hamisinnın çekini 150 manatlıq cəriməniz isə artıq silindi. Bu gün isə getmişdim qeyd etdiyim həmin 14-cü otağa cərimə ta ödəyim məlum olduki cəriməm azalmaq əvəzinə dahada artıb və həmin cərimə 150 manat ödənməyib. Cərimənin çekini tələb etdikdə isə deyir "kompüterdə silinib",deyirəm axı heçnə silinməyib . Öz ödədiyim hansıdır onlardır amma sizə təqdim etdiyim 150 manatlıq cəriməm ödənməyib. Deyir çek yoxdur yadakı baxaram taparam verərəm, tapmaramda nə bilirsiniz edin.

902 qaynarxəttə bu barədə şikayət etdim araşdırıb mənə dedilər ki, sabah günün ikinci yarısında gedib çekinizi götürün. Burda sual doğur axı niyə yerində çek verilmir niyə insanları aldadırlar. Hamı qaydaları bilmir indi sizə kimsə inanır pulu yerində ödəyir amma Xeyrulla "müəllim" kimilər cibinə qoyub heç bir cərimə silmir. Bu qədər özbaşınalıq olmaz. Polis daxili təhlükəsizliyi qoruyan bir orqandır amma polisin bir çoxu insanların təhlükəsizliyini bilə-bilə pozması qanunlar toplusunda cinayət adlanır. Şikayət edirsən rəsmi cavab gözləyirsən gah deyirlər poçtla göndərilib. Rəsmi cavab almağa adamda tapmırsan. İndi dərdimizi kimə deyək hara müraciət edək bilmirəm."

Bir misal olaraq qonşu dövlət olan və iqtisadiyyatı və gücü bizdən qat -qat zəif olan Gürcüstanda yol polisi ləğv olunub, bir dənə də olsun DYP postu yoxdur. Azərbaycanda isə postların, polislərin, DYP maşınlarının sayı artır, yollar boyu sanki «canlı minalar» düzülüb, bir postdan, ikincidən, üçüncüdən keçsən də, mənzil başına çatana qədər haradasa ilişməlisən. Gürcüstan da polis öz vətəndaşlarının rifahına, bizdəkilər isə vətəndaşların diz çökdürülməsinə çalışır. Bu özbaşınalığın bir sonu olmalıdır. Ümumiyyətlə bu gün ölkəmizdə hər yer kameradır, və avropada olduğu kimi qanunların stabil işləməsi mexanizmini dahada yüksəltmək üçün çalışılmalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar