Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev vəzifədən çıxarılır: Nigar Əliyeva səhiyyə naziri olacaq?

Bu ilin Novruz bayramına qədər Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifədən azad ediləcəyi gözlənilir

Bu barədə artıq ölkənin ali siyasi instansiyasında qərar verildiyi deyilir.

Hazırda Səhiyyə nazirinin müavini vəzifəsində çalışan Nigar Əliyevanın Səhiyyə naziri təyin ediləcəyi iddia edilir.

Nigar Əliyevanın Səhiyyə naziri olacağı barədə nazirliyin kluarlarında da söz-söhbətlər gəzməkdədir.

Oqtay Şirəliyevin vəzifədən getməsinin bir sıra səbəbləri barədə də Qlobal.az maraqlı məlumatlar əldə edib. Məlumata görə, O.Şirəliyevin vəzifədən getməsinin əsas səbəbi onun öz istəyi ilə bağlıdır. 2005-ci ildən ölkə səhiyyəsinə rəhbərlik edən nazirin fiziki yorğunluğunun olduğu deyilir.



Bunlarla yanaşı, Oqtay Şirəliyev üçün ötən il də uğurlu olmayıb. Belə ki, ötən ilin aprel ayında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğın hadisəsi zamanı palatada olan 25 xəstənin faciəvi şəkildə yanaraq həlak olmaları ölkə səhiyyəsinin acınacaqlı durumda olduğunu ortaya qoydu.

2018-ci ildə Oqtay Şirəliyev üçün xoş olmayan digər hadisə isə iyul ayının 4-də ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə baş verdi.

Xatırladaq ki, həmin müşavirədə iştirak edən Oqtay Şirəliyev dövlət başçısına etdiyi məruzədə ölkənin bütün xəstəxanalarında generator sistemlərinin quraşdırıldığını və işlədiyini bildirdi. Ancaq nazirin bu çıxışı Prezident İlham Əliyevin diqqətindən yayınmadı və ölkə başçısı yekun çıxışında Səhiyyə nazirinin bütün xəstəxanalarda generatorların olması və işləməsi barədə fikirlərinin həqiqət olmadığını vurğuladı. Dövlət başçısı eyni zamanda çıxışı zamanı Səhiyyə nazirliyində təftiş aparılmasını və nəticə barədə ona məruzə olunmasını da vurğulamışdı.

Qeyd edilir ki, məhz dövlət başçısının bu tapşırığından sonra Səhiyyə nazirliyi sistemində aparılan təftişin nəticəsində ciddi yeyinti faktlarının olması aşkarlanıb.

Qlobal.az-ın əldə etdiyi digər məlumata görə Səhiyyə nazirliyində baş verəcək rəhbər dəyişikliyi zamanı hazırkı müavinlər vəzifələrində qalacaq. Səhiyyə naziri təyin ediləcək Nigar Əliyevanın yerinə isə Asiman Həsənovun gətiriləcəyi iddia olunur.

Asiman Həsənov uzun müddət Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Baş həkimi vəzifəsində çalışıb. Asiman Həsənovun dünyanın müasir tibb sahəsində baş verən yeniliklərdən xəbərdar olduğu, xəstəxana menecment sistemini mükəmməl bildiyi deyilir.

Onun nazir müavini gətirilməsinə səbəb kimi isə ölkədən xaricə müalicə üçün axan yüz milyonlarla vəsaitin qarşısını almaqdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar