Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan və adamlarının “xaşist” olduğu üzə çıxdı...

Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti Nikol Paşinyanın hakimiyyətinin Serj Sərkisyan hakimiyyətindən heç nə ilə fərqlənmədiyini yazıb

Qəzetin yazdığı kimi, hətta xaşa olan sevgiyə görə də indiki hakimiyyət əvvəlkindən fərqlənmir.

Belə ki, Eçmiədzindəki restoran komplekslərindən birində Paşinyanın “Mənim addımım” blokunun nümayəndələri toplaşıblar və xaş yeyiblər.

Virtualaz.org xəbər verir ki, Nikol Paşinyan bu məqaləyə özünün Facebokk səhifəsində cavab verib.

“Mən bu məqalənin məntiqini anlamağa çalışıram. Ermənistanın bütün vətəndaşları hərəyə 3 min dram atışıb (təxminən 7 dollar) xaş yeyə bilər, amma hakim fraksiyanın üzvlərinin buna haqqı yoxdur?”-Paşinyan yazıb.

Paşinyan bildirib ki, həmin tədbiri təşkil etməyi o özü tapşırmışdı. O, KİV-lərin tam söz azadlığına malik olmasından və hakimiyyəti nəfəs almaqda və xaş yeməkdə respublikaçılara bənzətməsindən məmnunluq duyduğunu da bildirib. “Bu kriteriyalarla götürsək milyonlarla Ermənistan vətəndaşı respublikaçılara oxşayır”-Paşinyan yazıb.

“Biz təkcə bir məsələdə respublikaçılara oxşamırıq ki, KİV-lərə nəzarət etmirik, hansı ki, onların mətnlərindən korrupsiyalaşmış hakimiyyətə nostalgiya hiss edilir. Bütün bu illər ərzində onlar bir yerdə işləyərək doğmalaşıblar”-o əlavə edib.

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar