Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin ən qorxunc canisi: “Məni mümkün qədər tez həbs edin” - Fotolar

Cinayətləri ilə tarixə keçən Uilyam 1928-ci ildə dünyaya gəlib. Ailəsi sıxıntılar içində yaşayırdı. Buna görə də Uilyamın uşaq vaxtlarından davasız keçən bir günü belə, olmurdu. O, gənc yaşlarından kiçik oğurluqlar edərək, cinayətlər törətməyə başlayıb.

12 yaşında Uilyam bir marketdə işləməyə başlamışdı və oradan ucuzdan-bahalıya xeyli əşya oğurlamışdı. 13 yaşında isə bir binadan oğurluq edəndə yaxalanaraq, həbs edilmişdi. O, oğurluğu bir cinayət kimi yox, xobbi olaraq dəyərləndirirdi. Onun davranışlarının düzəlməsi üçün bir uşaq məktəbinə göndərildi. Uilyam bu məktəbdən də oğurluq edəndə ABŞ-ın İlliyons ştatındakı özəl təlim məkəbinə yola salındı.

Lakin bütün bunlar onun cinayətdən uzaq qalmasına səbəb ola bilmədi. Uilyam 1945-ci ildə ilk cinayətini törətmişdi. 43 yaşlı bir qadın boğazından dəfələrlə bıçaq yarası almış, sonra isə ilkin yardım edilmişdi. Bu ilginc cinayət mediada da geniş müzakirələrə səbəb olmuşdu.

Bu olaydan 6 ay sonra Çikaqoda ikinci qorxunc cinayət baş verdi. Bu dəfə isə qurban 32 yaşında bir qadın idi. O da boynundan dəfələrlə bıçaq xəsarəti alaraq öldürülmüşdü. Bu cinayətdə də öldürülən qadına ilkin yardım göstərilmişdi. Belə ki, cinayətkar qadınları öldürdükdən sonra qanaxmanın qarşısını almaq üçün boyunlarına məhraba dolayırdı.

O, bu cinayəti törədərkən qadının evinin divarına bu sözləri yazmışdı: “Tanrı eşqinə daha çox adam öldürmədən məni yaxalayın. Özümü idarə edə bilmirəm”.

Daha sonra onu “pomadalı qatil” deyə adlandırmağa başladılar.

Bundan sonra cinayətkar 3-cü dəhşətli qətl hadisəsini törətdi. O, bu dəfə kiçik bir qız uşağını öldürərək bədənini müxtəlif hissələrə ayırmışdı. Polis bu dəhşətli cinayətlərin bir-birilə əlaqəli olduğuna qərar vermişdi.

Bu dönəmlərdə Çikaqo Universitetində olan Uilyam pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlib. O, sonuncu cinayətin baş verdiyi məhəllədə bir evə girərkən polislər tərəfindən həbs edilib.

Bu 3 cinayətə görə o, ömürlük həbs cəzası alsa da, polislərin işgəncələrində belə, “hadisələri mən törətməmişəm” deyə israr edirdi.

2008-ci ildə Uilyam ilə məhkəmədə görüşən jurnalistlər onunla söhbət ediblər.

Uilyam ömürlük həbs cəzası haqqında bu fikirləri deyib: “Edam cəzası yerinə ömürlük həbs daha yaxşıdır. Əgər ölsəniz, heç bir şeyi ortalığa çıxarma şansınız olmaz. Həyatdasınızsa, bu, günahkar olmadığınızı sübut etmək üçün şansınız var, deməkdir. Buna görə də həyatda qalmağın ölməkdən daha üstün olduğunu düşünürəm”. (musavat.com)


pia.az


Etiket: cinayət tarix

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar