Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Forbes FETÖ-nu ifşa etdi

ABŞ-dakı məktəblərdə 39 il ərzində ingilis dili müəllimliyi edən Peter Green, Forbes jurnalında dərc olunan məqaləsində, ABŞ-dakı müqaviləli məktəb sistemini tənqid edib

Müqaviləli məktəb sisteminin məktəbləri ticarətxanaya çevirdiyini bildirən Green, sistemin eləcə də bütün dünyadakı investor və kommersantlara ABŞ-ın təhsil sistemində söz sahibi olma hüququ tanıdığını vurğulayıb.

Xeyli FETÖ-çu bu məktəblər vasitəsilə ABŞ-a girdi

FETÖ-nun ABŞ-dakı müqaviləli məktəb şəbəkəsinə də toxunan Green, müqaviləli məktəblərin əcnəbilərin ABŞ-dakı təhsil sisteminə daxil olması üçün bir vasitə olduğunu bildirərək, "Bunun ən bariz nümunəsi sözdə Gülən müqaviləli məktəb zəncirləri olaraq anılan məktəblərdir. Bu zəncir böyük miqdarda Türk vətəndaşına müəllimlik məqsədilə ABŞ-a gəlməsi üçün H-1b (çalışma) vizası verilməsi məqsədilə istifadə edilib" deyə qeyd edib.

Beyin yuma mərkəzi

Green FETÖ-nun müqaviləli məktəblərində gizli qaranlıq işlərin getdiyinə dair iddialara işarə edərək, “Bu məktəblər Gülən ilə bağlı inşaat firmaları kimi, şəbəkələrə pul göndərməklə də ittiham olunur. Bəzi mühafizəkar təbəqədən tənqidçilər Gülən məktəblərinin beyin yuma mərkəzləri kimi istifadə edildiyindən narahatlıq edərkən, bəziləri də Gülən məktəblərinin ABŞ vətəndaşlarının verdiyi vergiləri sürgündəki bir hökuməti maliyyələşdirmək üçün istifadə etdiyini düşünür" deyə bildirib.
Green FETÖ məktəblərinin Amerikalı tələbələr üzərində mənfi təsirləri olduğundan narahatlıq duyduğunu bildirib.

140 məktəbi var, dövlətdən illik 500 milyon dollar artır

ABŞ-ın Pensilvaniya ştatında 1999-ci ildən bu yana yaşayan FETÖ başçısı Fətullah Gülən, ölkə daxilində 140 civarında müqaviləli məktəbi və bu məktəblər vasitəsilə dövlətdən aldığı ildə təxminən 500 milyon dollarlıq gəliri idarə edən adam olaraq tanınır. Sözügedən məktəblərdə hər il təxminən 60 minə yaxın tələbənin təhsil aldığı bildirilir.
(Müxalifət.az)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar