Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat ayların adının dəyişdirilməsini istəyir

Milli Məclisin deputatı təqvimin 12 ayının ləğvini təklif etdi

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş sədri Tahir Kərimli Azərbaycanda dünyanın əksər ölkələrinin qəbul etdiyi təqvimə paralel təqvimin tətbiq edilməsini təklif edib.

Deputat bəzi ölkələrdə Qriqorian təqviminin dəyişdirilməsi cəhdlərinin uğursuzluğa düçar olması təcrübəsini nəzərə alaraq, onun Azərbaycanda ləğv edilməsni deyil, sadəcə olaraq, paralel təqvimin tətbiqini təklif edib ki, həmin təqvimdə ayların adları milliləşdirilir.

Tahir Kərimlinin təklifinə görə, ayların adları aşağıdakı kimi olmalıdır:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

Görünür, Azərbaycan parlamentinin üzvləri darıxma hissi ilə özünəməxsus şəkildə mübarizə aparmaqda davam edirlər. Təəccüblüdür, fəqət deputatlar nümayişkaranə surətdə ən aktual sosial və siyasi problemləri qulaqardına vurur və heç kimin ağlına da gəlməyən absurd ideyalarla çıxış edirlər. Elə həmin Tahir Kərimli bir neçə həftə bundan əvvəl dövlət himnini dəyişməyi təklif etmişdi. Onun həmkarı – Azərbaycan SSR-in maliyyə naziri olmuş partokratın qızı Gövhər Baxşəliyeva isə, ümumiyyətlə, ibtidai siniflərdə rus dilinin tədrisini qadağan etməyə çağırmışdı.

Yəqin ki, deputatar – millət vəkilləri seçiciləri və ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər. Axı nədənsə danışmalıdırlar. Lakin ölkədəki real problemlər barədə söz deməkdən çəkinirlər. Özlərini “işə salmaqdan” qorxur və ehtiyat edirlər ki, növbəti dəfə parlamentə düşə bilməzlər. Buna görə də, absurd ideya və təkliflər axtarışına girişir və ümumxalq gülüşünə səbəb olurlar. Bizim Milli Məclisimiz belədir... Nə etməli? Seçimsiz seçki. Kimlərin arasından seçəsən ki?.. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar