Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunvericilikdə yoxdur, amma yola belə nişan qoyulub - Video

Bakıda yol nişanı sürücüləri çaş-baş salıb

Nişan yol hərəkəti üzrə qanunvericilkdə yoxdur, amma uzun illərdir ki, hərəkət yolda bu nişanla tənzimlənir. Sözügedən yoldan istifadə edən sürcülər də, nişanın qanunvericiliyə uyğun olmadığını bilirlər, amma olduğu kimi əməl edirlər.

Söhbət Cavanşir körpüsünün altından körpünün üzərinə və Yüsif Səfərov istiqamətinə gedən yoldan gedir.

Yolun sol hissəsində hərəkəti tənzimləmək üçün belə bir nişan qoyulsa da, qanunvericilikdə öz əksini tapmayıb.

Elə sürücülər də sözügedən nişanın qanunvericiliklə nəzərdə tutulmadığını, lakin məcbur olaraq əməl etdiklərini deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə qeyd olunmayan bu nişan istənilən halda sürücülərdə çaşqınlıq yarada bilər. Amma bu nişana görə heç bir sürücü cərimə edilə bilməz.

Ərşad Hüseynov onu da bildirib ki, sözügedən ərazidə hərəkət mütləq qanunvericiliyə uyğun şəkildə nizamlanmalıdır.

Məsələylə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin nişan həqiqətən də yol hərəkəti haqqında qanunda yoxdur. Sadəcə vəziyyətə uyğun olaraq yol çəkilərkən aidiyyəti qurum tərəfindən qoyulub və bu da sürücüləri çaşdırmamalıdır. Ərazidəki nişan məlumatverici nişan kimi qəbul edilə bilər və buna görə hər hansı sürücünün cərimələnməsindən söhbət belə gedə bilməz.

Vaqif Əsədov onu da qeyd edib ki, bu sujetdən sonra məsələylə bağlı aidiyyəti üzrə qərar qəbul edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar