Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq MTN polkovniki kassasiya şikayətini geri götürüb – Dələduzluq işi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ceyhun İbayev və Vüqar Güləli barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan olunub.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.İttiham aktına əsasən, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Güləli 8 il, C.İbayev 6 il 6 ay, V.Əsədov 6 il 6 ay, N.Əliyev 6 il 6 ay və A.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. C.İbayev məhkəmə zalında həbs olunub, V.Əsədov və A.İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Əsədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Penitensiar xidmətin keçmiş əməkdaşıdır. (“Report”)
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar