Bazar ertəsi, 25 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Parisdə “sarı jiletlilər”in aksiyası… – Həbs edilənlər var

Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb

TASS xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.

Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.

Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir. (Report)
pia.az

Şərh yazın.

loading...