Bazar ertəsi, 17 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Atama şirniyyat, ləpə göndərdik” - Dilqəm Əsgərovun oğlu

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər

Görüş zamanı onların saxlanma şəraiti və səhhəti ilə bağlı maraqlanılıb. Məlumatı BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova təsdiqləyib.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azvision.az -a açıqlamasında bildirib ki, ona atası barədə heç bir məlumat verilməyib.

“Xəbəri eşidən kimi komitənin Bərdə ofisi ilə əlaqə saxladım. Bildirdilər ki, sonuncu dəfə atama dekabr ayı ərzində baş çəkilib. Ailəmiz bir il iki aydan artıq vaxtdır ki, atamdan nə məktub, nə də videogörüntü ala bilir. Dekabr ayında baş çəkmə olanda atama məktub və şirniyyat, ləpə göndərdik. Dekabrın 20-də xəbər gəldi ki, göndərdiklərimiz ona çatıb. Bizə yalnız şifahi cavab verildi”.

K.Əsgərov, həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinə etirazını bildirib: “Rusiyanın Xarici İşlər Nazirliyi erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı açıqlama yayır. Atam da Rusiya vətəndaşıdır. Rusiya öz vətəndaşlarının taleyinə biganə qalmırsa, bəs Dilqəm Əsgərov haqqında niyə düşünmür? Atam 5 ildir ki, erməni girovluğundadır”.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ötən ilin dekabr və bu ilin yanvar ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.
pia.az


Şərh yazın.

loading...