Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın səsinə həsrət qalan məhkumlar: Məşhur mafiya başçısının da saxlanıldığı qorxunc həbsxana - Fotolar

Dünyanın ən qorxunc həbsxanaları arasında yer alan Alkatras haqqında maraqlı məlumatları sizə təqdim edirik

1933-cü ildən əvvəl bu həbsxanada mühafizə aşağı səviyyədə idi. Hətta məhkumlar adada yaşayan şəxslərin uşaqlarına dayəlik edirdi.

Bu həbsxanaya ilk olaraq 1861-ci ildə vətəndaş müharibəsinin əsirləri gətirilib. 1898-ci ildə isə İspaniya-Amerika müharibəsi zamanı buradakı əsirlərin sayı 450-yə çatıb.

Alkatras həbsxanasında məhkumlara çimmək və içmək üçün yalnız isti su verilirdi. Bunun səbəbi isə o idi ki, məhkumlar soyuq suya öyrəşməsin, qaçmaq istəyərkən dənizə girə bilməsinlər. Çünki həbsxana ABŞ-da San Fransisko körfəzinə yaxın Alkatras adasında idi. Dənizdə temperatur ortalama mənfi 10 dərəcə olurdu. Bu həbsxanada bir çox məhkum havalanaraq dəli olub, bəziləri isə intihar edib. Dünyanın ən məşhur mafiya başçısı Al Kapone də bu həbsxanada məhkum həyatı yaşayıb.

Bu həbsxanda olan məhkumların heç birinin şəxsi əşyası ola bilməzdi. Heç bir məhkum qəzet oxuma imkanına malik deyildi. Alkatras həbsxanasında hər 3 məhkuma bir polis təyin edilirdi.

Bu həbsxanda bütün məhkumlar kişi idi. Burada qadın məhkum saxlanılmırdı. Hətta mühafizəçilər, yemək bişirən personal belə kişilərdən ibarət idi. Bu həbsxanada 20 ilə yaxın qadın səsi eşitmədən yaşayan məhkumlar da olub.

Məhkumların qaldıqları yerlər bir qutu kimi balaca idi. Otaqda yalnızca bir nəfər qala bilirdi. Məhkumlara ailələri ilə ayda 1 dəfə görüşmək imkanı verilirdi. Lakin şərtlər çox ağır olurdu. Fiziki təmas , yemək, içmək, ya da məhkumun həbsxandakı həyatı haqqında danışmaq qadağan idi.


Hazırda bu həbsxana fəaliyyətini dayandırıb, muzey kimi turistlərin istifadəsinə verilib. Rəsmi statistikaya görə, bu həbsxandan heç kim qaça bilməyib. Həbsxanadan qaçmağa cəmi 34 nəfər cəhd edib. Onlardan 23 yaxalanıb, 6-sı güllələnərək öldürülüb, 5 nəfərdən isə bu günə kimi məlumat yoxdur. Qeyd olunan 5 nəfərin suda boğularaq öldüyü ehtimal edilir.

Bu həbsxandan son qaçışı həyata keçirən 3 qardaş Frank, Klaranse və Con Anglin olub.


Hətta onların qaçışı ilə bağlı kitab və film də hazırlanıb. Onlar həbsxana daxilində özlərinin ixtira etdikləri alətləri ilə tunel qazaraq dənizə çıxmışdılar. Lakin ondan sonra bu 3 adamı kimsə görməyib. Öldükləri iddia olunsa da, onların hələ də yaşadıqlarına inananlar var.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar