Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

25 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də ümumi çəkisi 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülüb.

Keçirilmiş əməliyyat tədbirləri ilə Abşeron RPİ-nin əməkdaşları Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfayel Babayevin evindən 7 kiloqram 23,5 qram tiryək, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan isə 1 kiloqram 15,2 qram həşiş, Beyləqan RPŞ-nin əməkdaşları rayon sakinləri Valeh Alışovdan 620 qram, Əlizamin Məmişovdan 405 qram marixuana, Hacıqabul RPŞ-nin əməkdaşları Qubalıbaloğlan kənd sakini İsmət ismayılovdan 1, 427 qram heroin və 480 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar