Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp bu imtina ilə dünyaya mesaj verdi – Şərh

"Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır"

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Davos İqtisadi Forumunda iştirakdan imtina etməsi ilə bağlı qərarını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əslində bu qərarın bir neçə maraqlı tərəfi var:

“Davos forumu qloballaşmanın simvollarından biridir. Bu forum qlobal iqtisadi münasibətlərlə bağlı trendlərin müəyyənləşdirilməsi, qərarların verilməsi üçün ciddi platformadır. Trampın qloballaşmaya qarşı olduğunu unutmamalıyıq. Tramp ABŞ maraqlarını hər şeydən üstün tutaraq, ticarət müharibələrini tətikləyir, Çin və digər ölkələrlə məhz ticarət müharibələri ilə bağlı gömrük və vergi rüsumlarının artırılması yolu ilə ABŞ-a üstünlüyün qazandırılması taktikasını, xəttini tutur. Trampın bu addımı qloballaşma və qlobal, açıq ticarətə sərt bir mesajdır.

Çünki Trampın orada olması ən azından ticarət müharibələri ilə bağlı apardığı siyasətə uyğun açıqlamaları, onun izah olunması, suallara cavab verməsi ilə yadda qala bilərdi. Tramp bu addımı ilə sanki mesaj verir ki, qloballaşma əleyhinə addımlarını davam etdirəcək, dövlətlərin öz maraqlarını qorumaq üçün sərhədləri qapamaq, gömrük və vergi rüsumlarından istifadə etmək taktikasına sadiq qalacaq”.

İqtisadçı vurğulayıb ki, Trampın imtina qərarı dünya ölkələri üçün də ciddi siqnaldır:

“Gələcəkdə, ən azından 2020-ci ildə ABŞ-da keçiriləcək seçkilərə qədər Trampın və ABŞ-ın mövqeyi qlobal ticarətin əleyhinə olacaq. Daha çox ABŞ maraqlarına uyğun qərarların verilməsi müşahidə ediləcək”.

Qeyd edək ki, Tramp Davos İqtisadi Forumunda iştirakdan imtina edib.

pia.az


Etiket: Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar