Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər”

Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr edilmiş iclasında prezident İlham Əliyev ciddi struktur islahatlarının anonsunu verib

 


Ölkə başçısı bildirib ki, Azərbaycanda idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatları başlayacaq.

“Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır.

Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”- deyə, prezident İlham Əliyev qeyd edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda struktur islahatlarına çoxdan başlanılıb:

“Cəmiyyət daim inkişaf edir. Bir yerdə durmur. Ona görə də cəmiyyətdən yeni tələblər gəlir. Dövlət də həmin tələblərə uyğun olaraq özünün strukturunu, idarəçiliyini dəyişir. Burada heç nə yoxdur. Cənab prezident idarəetməni təkmilləşdirmək üçün ciddi struktur islahatlarının aparılmasını çox düzgün buyurur. Bu gün az insan əməyi sərf edib çox işləməklə xeyli nailiyyətlər əldə etmək mümkündür. Çox adamla az iş görüb cəmiyyəti idarə etmək olmur”.

Yevda Abramov qeyd edib ki, struktur islahatları çərçivəsində bəzi nazirliklər, agentliklər, komitələr birləşdirilə bilər:

“Bu nazirliklərin, komitələrin, agentliklərin hansının olacağını isə cənab prezident bilə bilər. Bunları qabaqcadan demək olmaz. Cənab prezidentin hər sahə üzrə müşavirləri var. Onlar müəyyən təkliflərlə çıxış edəcəklər, yoxlayacaqlar, analiz edəcəklər, həmçinin digər ölkələrin təcrübəsini nəzərə alacaqlar. Struktur və kadr islahatları elə-belə olmur ki... Bu islahatların olacağını cənab prezident cəmiyyətin, hökumət üzvlərinin diqqətinə çatdırıb. Bu gün bütün dünya çevik dövlətçilik aparatı ilə işləyir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar