Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamburger indeksi açıqlandı

Rəşad Həsənov: “Müqayisəyə cəlb edilən xidmət və məhsulların sayı artırılsa, fərqli nəticə əldə olunar”

Böyük Britaniyanın “The Economist” nəşri ənənəvi “Biq Mak” indeksini açıqlayıb.

Bu indeksə əsasən, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsini 2 dəfədən çox üstələyir(Report).

Qeyd edək ki, indeks ABŞ-ın “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar.

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür. Hazırda həmin qiymət 5,6 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə “Biq Mak”ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır.

Məsələn, hazırda Azərbaycanda “Biq Mak” 3,95 manata və yaxud 2,3 dollara satılır. Bu isə o deməkdir ki, “BiqMak” indeksinə görə Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur.

İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, "Biq Mak" milli valyutaların real alıcılıq gücünün ölçülməsi üçün istifadə oluna bilən indeksdir: “Burada söhbət milli valyutanın alıcılıq imkanının müəyyənləşdirilməsindən və müqayisənin aparılmasından gedir. Məsələn, 100 dolların Azərbaycanda, Çində, ABŞ-da alıcılıq gücü tamam fərqlidir. Azərbaycanda 100 dollar təxminən bir nəfərin yaşayış minimumuna bərabərdirsə, ABŞ-da onunla heç bir aylıq nəqliyyat xərcini qarşılaya bilməzsən.

Ona görə də bir sıra indiqatorların müqayisəsini nominal ifadədə düzgün aparmaq olmur. Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 37 milyard dollardır. Bunu götürüb hansısa bir Avropa ölkəsinin, tutalım ki, Yunanıstanın ÜDM-i ilə müqayisə etmək olmaz. Çünki orada yaradılan əlavə dəyərin alıcılıq dəyəri, Azərbaycanda yaradılan əlavə dəyərin alıcılıq dəyərindən fərqlidir. Yaxud Azərbaycanda 100 dollara ala bildiklərini Almaniyada 400 dollara əldə etmək mümkündür. Amma hesab olunur ki, dünyada yayılmış McDonalds məhsulu olan "Biq Mak"ın maya dəyəri bütün ölkələrdə bir-birinə yaxındır. Buna görə də ölkələrin milli valyutalarının alıcılıq dəyərini müəyyənləşdirmək üçün əmtəə rolunu oynaya bilir. Amma düşünürəm ki, müqayisə üçün hesablanan xidmətlər və məhsulların sayı artırılarsa, xeyli fərqli nəticə əldə olunar”.

pia.az


Etiket: Hamburger

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar