Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BP-nin regional prezidenti Xəzərdə yeni qaz yatağının kəşfindən danışdı

Böyük Britaniyanın BP neft şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının işlənməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız başlanğıcdır

Bunu "Bloomberg"ə müsahibəsində şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bəyan edib.

Onun sözlərinə görə, 2020-ci ilədək şirkət ölkəmizdə daha altı yeni kəşfiyyat quyusu qazmağı nəzərdə tutur. "Bloomberg" yazır: "Əgər onun ümidləri doğrulsa, şirkət təxminən "Şahdəniz" miqyasında yeni qaz yatağı kəşf edə bilər".

Qəri Counz əlavə edib ki, Azərbaycan Braziliya ilə yanaşı şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Bu kəşfiyyat proqramı bizim üçün mühümdür, çünki Xəzərdə böyük potensial görürük", -deyə BP-nin regional prezidenti vurğulayıb.

"Bloomberg" yazır ki, şirkətlər, o cümlədən BP Avropa istehlakçılarının qonşuluğunda yerləşən Avrasiya regionunda kəşf olunmamış qaz yataqlarına böyük sərmayələr qoyurlar. İyun ayında BP və tərəfdaşları, o cümlədən "LUKoil" və "Petronas" "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil olunmuş qazın Xəzər dənizi və Türkiyə arasında yeni boru xətti ilə tədarükünə başlayıblar. 2020-ci ildə boru xəttinin son mərhələsi başa çatdıqdan sonra mavi yanacaq Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql olunacaq.

Counz deyib: "Məhz bu səbəbdən bizim Xəzərdə yeni yataqların kəşfiyyatı üzrə iddialı proqramımız var. Belə olan halda, biz yüzilliyin ortalarına qədər qaz tədarükünü davam etdirə bilərik".

"Bloomberg" əlavə edir ki, "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə ildə 26 milyard kubmetr qaz hasil olunacaq ki, bu da Polşanın illik istehlakından çoxdur.

Counzun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı "Şəfəq-Asiman" qaz strukturunun ehtiyatları "Şahdəniz-2" yatağı ilə analoji ola bilər.(virtualaz.org)

pia.az


Etiket: Qaz yataqları

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar