Çərşənbə, 26 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 63,35 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,86 dollar/barel çoxdur

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,71 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.

pia.az


Şərh yazın.

loading...