Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FAO: 2018-ci ildə dünyada ərzağın qiymətləri 3,5 faiz ucuzlaşıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2018-ci ildə 168,4 bənd təşkil edib. Bu da 2017-ci ilin göstəricisindən 3,5 faiz azdır və 2011-ci ildə qeydə alınmış rekord səviyyədən (230 bənd) təqribən 27 faiz aşağıdır

Ötən il ən çox şəkərin qiymətləri düşüb, bitki yağları, ət və süd məhsulları ucuzlaşıb, lakin taxıl məhsullarının qiymətləri bahalaşıb.

2018-ci ilin dekabrında indeks 161,7 bənd təşkil edib və noyabr göstəricisi ilə müqayisədə, demək olar, dəyişməyib.

Dekabr ayında taxıl məhsullarının qiymətlər indeksi 167,1 bənd təşkil edib ki, bu da noyabrın göstəricisindən 3 bənd (1,8 faiz), 2017-ci ilin dekabrının göstəricisindən 9,6 faiz yüksəkdir. Argentinada yağıntının vaxtsız düşməsi nəticəsində məhsula görə yaranan narahatlıq fonunda, habelə Rusiyadan idxalın azalması səbəbindən dekabrda buğdanın qiymətləri artıb. Lakin ixrac bazarlarında kəskin rəqabət qiymətlərin artmasının qarşısını alıb.

2018-ci ildə taxıl məhsullarının qiymətlər indeksi 165 bənddən bir qədər çox olub ki, bu da 2017-ci ildəkindən 9 faiz çoxdur, lakin 2011-ci ildə qeydə alınmış pik qiymətlərdən 31 faiz aşağıdır. Dünyada buğda və qarğıdalının istehsal həcminin azalması 2018-ci ildə onların qiymətlərinin artmasına səbəb olub. Lakin bütün əsas taxıl məhsulları üçün təkliflərin ümumi həcmi çox yüksək olub. FAO ekspertləri bildirirlər ki, onların ehtiyatı əvvəlki qədər böyükdür. Dekabr ayında bitki yağlarının qiymətlər indeksi 125,8 bənd təşkil edib ki, bu da noyabrdakı göstəricidən 0,5 bənd (0,4 faiz) yüksəkdir. Dekabrda ətin qiymətlər indeksi 163,6 bəndə bərabər olub, noyabrdakı göstəricidən 1,3 bənd (0,8 faiz) yüksək olub. Dekabrda quş əti və mal ətinin qiymətləri cüzi dəyişib, dünyada qoyun əti üçün təyin olunan qiymətlər bir qədər düşüb. Bu da əsasən Okeaniya ölkələrindən ixracın artması nəticəsində baş verib.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar