Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ BMT-ni tərk edir? - Qanun layihəsi hazırlanıb

İsrail ilə ABŞ yanvarın 1-dən YUNESKO-nu rəsmən tərk eləyiblər

ABŞ-ın Alabama ştatından olan konqressmen Mayk Rocers Birləşmiş Ştatların BMT-nin sıralarını tərk etməli olduğunu bildirib. O, bu məsələ ilə bağlı qanun layihəsini Konqresin Xarici İşlər üzrə Komitəsinə təqdim edib. Rocers artıq ikinci dəfədir ki, eyni təşəbbüslə çıxış edir. İlk dəfə, 2017-ci ildə onun təklifi rədd edilmişdi, lakin siyasətçi ikinci dəfə eyni mövzuda müraciət edib.

BMT bir fəlakətdir”

ABD Kongresinin 116-cı iclasında təqdim edilən və ardından mətbuatda dərc edilən sənəddə Rocersin bu ifadələri əks olunub: “Yeni çağırış Konqresində mənim əsas hədəflərimdən biri bu qanun layihəsinin nəzərdən keçirilməsidir. Birləşmiş Millətlər Təşkilatı – ABŞ üçün fəlakətdir. Bizim ölkəmiz bu təşkilatın illik büdcəsinin 20 faizindən çoxunu təmin edir”. Rocersin fikrincə, BMT-ni tərk eləmək zərurətini doğuran digər səbəblər beynəlxalq təşkilatın “ABŞ-ın ən böyük müttəfiqi olan İsraili” tənqid eləməsi, həmçinin “ikinci düzəliş kimi Amerika ideallarına edilən hücumlardır” (bu düzəlişə görə, vətəndaşların silah saxlamaq və daşımaq hüququ vardır).

Komqressmen deyib: “Prezident Tramp BMT-nin Amerikanın suverenliyinə olan hücumlarından müdafiə üçün öz töfhəsini verib, indi isə bizim daha artığını etməyimizin vaxtı çatıb”.

ABŞ tərk etməyəcək, şantaj edəcək

ABŞ prezidenti Donald Tramp da BMT-nin fəaliyyətini dəfələrlə tənqid edib və ABŞ-ın büdcədəki payında məhdudlaşdırmalar aparıb. Siyasi analitiklər Vaşiqntonun BMT üzvlüyündən çıxmayacağını, lakin tərk eləmək iddialarından Təhlükəsizlik Şurasına təzyiq vasitəsi kimi istifadə edərək, şantaj edəcəyini güman edirlər.

Tramp BMT-nin “bürokratiya və pis idarəçiliyini” tənqid eləmişdi.

Ekspertlərin fikrincə, ABŞ-ın BMT-ni tərk eləmək ehtimalı çox aşağıdır. Lakin ABŞ şantaj məqsədilə bu ehtimalı irəli sürməyə davam edəcək.

Ötən həftə Fələstin məsələsi ilə bağlı təşkilatın İsrailə qarşı sərt davrandığını irəli sürərək, BMT-nin Elm və Mədəniyyət Təşkilatından (YUNESKO) çıxmaq üçün rəsmi müraciət edən İsrail ilə ABŞ-ın müraciətləri qəbul olunub.

Yeni ildən etibarən bu iki ölkə daha YUNESKO-nun üzvü deyil. (Hurriyyet.org)

pia.az


Etiket: BMT ABŞ Tramp YUNESKO


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar