Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəsimini yenidən oynaya bilərəm” - Rasim Balayevdən “Nəsimi ili” açıqlaması

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib. 1973-cü ildə Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin adı çəkiləndə yəqin ki, hamının gözü önünə kitablarda gördüyü sima, yaxud Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev gəlir.

İmadəddin Nəsiminin obrazını “Nəsimi” filimində canlandıran Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev Unikal.org-a Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etməsini təqdirəlayiq bir hadisə olduğunu, bu xəbərə çox sevindiyini deyib:
“Ölkə başçısının bu addımı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına olan diqqətinin göstəricisidir. Hesab edirəm ki, bu il təkcə “Nəsimi İli” deyil, ümumiyyətlə klassiklərimizi yenidən yaddaşlara həkk ediləsi tarix kimi yadda qalacaq”.
Rasim Balayev bu ilin “Nəsimi İli” elan edilməsinin ədəbiyyatımızla bərabər, həmçinin siyasi mənada da böyük bir hadisə olduğunu dilə gətirib:

“Çünki bu gün iranlılar və türkmənlər deyirlər ki, Nizami bizimdir. Yəni, bu il həmin klassiklərimizlə bağlı da tədbirlər keçiriləcək. Dünyanın bir sıra ölkələrindən ədəbiyyat adamları Azərbaycana gəlib, bu tədbirlərdə iştirak edəcək. Dünyaya bir daha çatdırağıq ki, Füzuli də, Nəsimi də, Nizami də bizimdir”.
Xalq artisti bu ilin “Nəsimi İli” elan edilməsi gənclərimizin İmadəddin Nəsimi haqqında biliklərini daha da artıra biləcəklər: “Bu gün əksər gənclərimiz ədəbiyyatla, tariximizlə çox az maraqlanırlar. Bir dəfə verilişə baxırdım. Aparıcı gənclərimizə Füzuli, Nizami, Nəsimi və digərlərinin şəkillərini göstərir. Onlardan görüntüyə görə adların tapılmasını soruşur. Amma, onlar bunu tapmaqda çətinlik çəkirlər. Hətta əksəriyyəti tanımır. Bu çox qəribədir! Bilmirəm orta məktəbdə dərs keçmirlər, nədir?! Amma bu bir böyük çatışmazlıq, faciədir ki, bu günki gənc nəsil klassiklərimizdən tutmuş, gənc ədəbiyyatçılarımıza qədər olan insanları tanımırlar. Bu yolverilməzdir”.

“Yenidən “Nəsimi” filimi çəkilərsə burada Nəsimi obrazını canlandıra bilərsinizmi?” sualımıza Rasim Balayev belə cavab verib:
“(Gülür) Yox əlbəttə. Düzdür, Nəsimi 48 yaşında faciəli şəkildə dünyasın dəyişib. Əgər onun 48 yaşlı obrazı təklif olunarsa bunu yenidən oynaya bilərəm. Təbii ki, 1973-cü ildəki ssenarini oynaya bilmərəm. Çünki, filimdə Nəsiminin bir neçə obrazı (cavanlıq və yaşlı dövrü) göstərilib.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar