Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq siyasətdə yaranmış vəziyyət və postsovet ölkələri – Təhlükə var?

Zaur Məmmədov: “Rusiya və NATO arasında olan münasibətlər tarixdə heç vaxt bu qədər gərgin vəziyyətdə olmayıb”

Əhəd Məmmədli: “Rusiya ilə NATO böyük savaşa cəlb edilməyəcəklər. Həm Rusiya, həm də NATO-nun başında o qədər ağılsız adamlar oturmayıblar ki, bir-birlərinə qarşı böyük savaşa daxil olsunlar”.

Ukraynada və dünyanın enerji bazarında yaranmış vəziyyəti təhlil edən bəzi rus politoloqlar 2019-cu ildə Rusiyanın NATO ilə böyük savaşa cəlb edilmə ehtimalı yüksək qiymətləndiriblər.
Politoloq İqor Mintusov qısa xülasə edir: “Ən mənfi ssenari müharibədir”. Onun sözlərinə görə, “bu savaş Ukrayna ilə bağlı ola bilər, NATO ölkələri ilə münaqişəyə keçə biləsi gözlənilməz toqquşmalar mümkündür”.

Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Andrey Okaranın sözlərinə görə, “indi bundan danışmaq olar ki, bəşəriyyət elə bir həddə çatıb ki, hadisələrin nəzarət olunmaz silsiləsi mümkündür, bu isə dünya savaşına gətirə bilər”. O, hesab edir ki, bu, “tamamilə gerçəkləşə biləcək ssenaridir”.

Müqayisəli politologiya professoru, Sankt-Peterburq Avropa Universitetinin siyasi elmlər fakültəsinin dekanı Qriqori Qolosov hesab edir ki, “ən yaxın zamanın ən mənfi hadisəsi Rusiyaya qarşı Amerika sanksiyalarının yeni zərfinin tətbiqidir. İndi bu sanksiyaları ölçüb biçirlər və hələlik yüz faizlik yəqinlik yoxdur ki, onları tətbiq edəcəklər. Amma ümumiyyətlə desək, Amerika rəhbərliyi qanunu icra etməli və nəsə tətbiq etməlidir”.

Bəzi analitiklər isə Ermənistanda və Gürcüstanda baş verənlər fonunda siyasi qarşıdurmanın Cənubi Qafqaza da sıçramasını və hətta bu qarşıdurmanın hərbi qarşıdurmaya çevrilməsini istisna etmirlər. Hətta bəzi rus və qərb analitikləri həmçinin bu il Dağlıq Qarabağda ciddi hərbi münaqişənin olma ehtimalının da yüksək olduğunu bildirirlər.

Tanınmış rusiyalı politoloq, Rusiya Prezident Administrasiyası rəhbərinin sabiq müşaviri Qleb Pavlovski son dövrdə Ermənistanda baş verən hadisələr və Nikol Paşinyan hakimiyyətinin gələcəyilə bağlı maraqlı açıqlamalar verib.

“Exo Moskvı” radiostansiyasına müsahibə verən Pavlovski Ermənistandakı inqilabın Qarabağda müharibəyə səbəb olacağını bildirib. Politoloq Qafqazın çox həssas bölgə olduğunu xatırladaraq, Ermənistanda postsovet dövründə artıq bir neçə dəfə inqilabın baş verdiyini və hər dəfə də bunun hərbi münaqişənin alovlanması ilə nəticələndiyini deyib:

“Kiçik bir ərazidə son 20-30 ildə bu qədər müharibə olub. Yalnız Yuqoslaviyada buna bənzər nəsə baş verib. Bəs inqilablar? Ermənistanda onların sayı az olmayıb. Ermənistan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində inqilablar yaşayıb. Həmin vaxt küçələrdə indiki inqilabla müqayisədə daha çox insan vardı. Adamlar küçələrdə yaşayırdılar, hər tərəfdən İrəvana axışırdılar. Sonra müharibə-inqilab, inqilab-müharibə. İndi də inqilab oldu – görünür ardınca müharibə olacaq…”

Politoloq bildirib ki, bir müddət sonra insanlar Paşinyandan nəticə istəyəcəklər, onunsa ortaya hansısa ciddi yenilik qoymaq imkanı yoxdur: “İndi düşünürəm ki, insanlar nəticə istəyəcəklər. O, nəticəni haradan alacaq? Hansı xüsusi nəticələr əldə etmək olar ki? Hətta Saakaşvili də bunu bacarmadı. Deməli, müharibə olmalıdır.”

Hazırda beynəlxalq siyasətdə yaranmış vəziyyət postsovet ölkələri üçün hansısa təhlükələrin olmasından xəbər verirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Zaur Məmmədov: “Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində atəşkəsin imzalanmasına baxmayraq demək olar ki, hər gün cəbhə xəttində atəş səsləri eşidilir və hər an münaqişəsinin müharibə mərhələsinə keçməsi istisna deyil”.

Erməni tərəfdən təxribatlar və yaxud hər hansı bir üçüncü qüvvələr tərəfindən münaqişənin alovlandırılmasını istisna etməyən politoloq Zaur Məmmədov PİA.AZ-a açıqlamasında bildirib ki, istənilən halda Azərbaycan bu münaqişənin müharibə fazasına keçdiyi anda qalib gələn tərəf olacaq:

“Əslində RusiyaNATO arasında olan münasibətlər tarixdə heç vaxt bu qədər gərgin vəziyyətdə olmayıb. Faktiki olaraq Ukrayna münaqişəsi Rusiya ilə NATO hərbiçilərinin üz-üzə qalmasına gətirib çıxardı. Bu gün istər Qara dəniz hövzəsində, istər Baltikyanı ölkələrdə, istərsədəki Şərqi Avropanın bütün dövlətlərində demək olar ki, ABŞ hərbi kontingenti və NATO hərbi kontingentləri dayanmaqdadırlar. Onlar tarixdə hələ heç vaxt Rusiyaya bu qədər yaxınlaşmamışdılar.

Lakin buna baxmaraq mən bəzi rus ekspertlərindən fərqli olaraq düşünürəm ki, Rusiya ilə NATORusiya ilə ABŞ açıq şəkildə hərbi toqquşmaya getməyəcək. Müharibə kimi fikirlərin bildirilməsi həqiqətə uyğun deyil. Təbii ki, regionda baş verən bütün bu hadisələr Cənubi Qafqaza təsirsiz ötüşməyə bilməz. Çünki Cənubi Qafqaz hər zaman alovlu və təhdid çağrışlarla üz-üzə qalan bir bölgədir.

Zaur Məmmədov: “Dağlıq Qarabağ müharibəsindən ziyan çəkənlər region ölkələr olacaqlar. Hətta müharibənin fəsadları birbaşa olaraq onların ərazisinə də keçə bilər”.

Bu baxımdan əslində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində atəşkəsin imzalanmasına baxmayraq demək olar ki, hər gün cəbhə xəttində atəş səsləri eşidilir və hər an münaqişəsinin müharibə mərhələsinə keçməsi istisna deyil. Erməni tərəfdən təxribatlar və yaxud hər hansı bir üçüncü qüvvələr tərəfindən münaqişənin alovlandırılması istisna deyil ki, istənilən halda Azərbaycan bu münaqişənin müharibə fazasına keçdiyi anda qalib gələn tərəf olacaq.

Ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsini Gürcüstandakı Abxaziya və Osetiya, həmçinin Ukrayna hadisələri ilə müqayisə etmək olmaz. Çünki Dağlıq Qarabağ daha böyük münaqişədir. Faktiki olaraq islam dünyası ilə, xristian dünyası arasında bir regiondan söhbət gedir.

Əgər söhbət Cənubi Qafqazdakı Dağlıq Qarabağ münaqişəsinin müharibə fazasına keçməsindən gedirsə, onu deyə bilərəm ki, regionda maraqlı olan qüvvələr, yəni Rusiyaİran münaqişənin bəzi hallarda həll olunmasını istəmirlər. Lakin başa düşmək lazımdır ki, münaqişə müharibə fazasına keçərsə, ən çox ziyan çəkənlər okeanın o tayında olan dövlətlər və yaxud da bizə uzaq olan Qərb ölkələri olmayacaq. Dağlıq Qarabağ müharibəsindən ziyan çəkənlər region ölkələr olacaqlar. Hətta müharibənin fəsadları birbaşa olaraq onların ərazisinə də keçə bilər”.

Əhəd Məmmədli: “Cənubi Qafqaz və ələlxususda Dağlıq Qarabağda müharibəyə gəldikdə isə müharibənin olması bəzi rus politoloqlarının proqnozlarından deyil rəsmi Bakının siyasi iradəsindən asılıdır”.

Nüvə silahına malik olan ölkələrin bir-birləri ilə müharibə etməsi ehtimalına ciddi yanaşmayan politoloq Əhəd Məmmədliyə əlavə edib ki, belə müharibədə qalib tərəf yoxdur. Uzaqbaşı Rusiya ilə NATO qlobal müharibələrdə tərəf kimi üz-üzə gələ bilərlər:

“Əvvəla onu deyim ki, Rusiyadan gələn hər xəbərə ciddi yanaşmaq lazım deyil. Ölkə olaraq keçmiş metropoliyaya qarşı koloniya kompleksini birdəfəlik qırıb atmalıyıq. Yəni Rusiyadan gələn hər şərhə ciddi yanaşmayaq. Bəzi rus politoloqların dediklərinə gəldikdə isə, Rusiya ilə NATO böyük savaşa cəlb edilməyəcəklər. Çünki həm Rusiya, həm də NATO-nun başında o qədər ağılsız adamlar oturmayıblar ki, bir-birlərinə qarşı böyük savaşa daxil olsunlar.

Ümumiyyətlə nüvə silahına malik olan ölkələrinn bir-birləri ilə müharibə etməsi ehtimalına ciddi yanaşmıram. Çünki belə müharibədə qalib tərəf yoxdur. Uzaqbaşı Rusiya ilə NATO qlobal müharibələrdə tərəf kimi üz-üzə gələ bilərlər. Bu cür vəziyyət zatən var. Məsələn Ukrayna, Suriya və digər yerlərdə. Cənubi Qafqaz və ələlxususda Dağlıq Qarabağda müharibəyə gəldikdə isə müharibənin olması bəzi rus politoloqlarının proqnozlarından deyil rəsmi Bakının siyasi iradəsindən asılıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: NATO Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar