Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kiber məkanda yeni qadağa

İranlı siyasətçilər həm sosial şəbəkəyə qadağa qoyur, həm də onu adlama üsulları tapırlar

İsfəndiyar Batmangəlic

“Bloomberg”, 10.01.2019

İranın Milli Kibertəhlükəsizlik Şurası ölkədə sərbəst şəkildə istifadə edilən son sosial media platformasını – “Instagram”-ı qapatmaq niyyətindədir. Bu, İranın “Instagram” istifadəçilərini çətin ki, narahat etsin, çünki onlar bu platformadan virtual fərdi şəbəkələr və ya VPN-lər vasitəsilə yararlanırlar. Asan yayınma üsulu iranlıların hökumət filtrlərindən qaçma və “Twitter”, “Facebook” və “YouTube” kimi qadağan edilmiş platformalara çıxma, “WhatsApp” və “Telegram” kimi mesajlaşma proqramlarından istifadəsinə imkan verir.

İranın mühafizəkar məhkəmə sisteminin dəstəklədiyi qadağa qüvvəyə mindikdə, prezident Həsən Ruhaninin nə edəcəyini görmək maraqlı olacaq: onun 2,2 milyondan çox “Instagram” təqibçisi var.

Nazirlər, millət vəkilləri də daxil olmaqla, bir çox yüksək vəzifəli şəxs, “Twitter” və “Telegram”-a qadağaya açıq şəkildə əhəmiyyət vermir. İranın dini lideri Ayətullah Əli Xamnəi ingilisdilli “Twitter”-də 500 mindən çox və farsdilli “Instagram”-da 2,3 milyona izləyiciyə sahibdir. “Burson Cohn & Wolfe” kommunikasiya şirkəti, “Instagram”-daki ən effektiv dünya lideri arasında Donald Trampdan sonra Xamnei və Ruhaninin gəldiyini açıqlayıb.

İslam Respublikasının ən yüksək vəzifəli şəxslərinin istifadəsinə baxmayaraq, “Instagram”-a qadağa qoyma planı göstərir ki, İran rəhbərliyi hələ də sosial media haqqında necə rəy verməli olduğuna qərar verməyib; dünyanın bir çox ölkəsi kimi hüdudsuz girişlə, Çin kimi, məhdud daxilolma arasında orta yol tapmağa çalışır.

Siyasi media və mesajlaşma platformaları ilə bağlı olan İranın “milli interneti” nüvafiq rəsmi plan hazırlamağı nəzərdə tutur. O, hökumət tərəfindən nəzarət altına alınacaq. Çinin “Sina Weibo” və “WeChat” – beynəlxalq platformaları süzgəcdən keçirmə filtri kimi.

İran rəsmilərinin, Çinin etdiyi tək, icazəsiz VPN istifadəsinin qarşısını almaq qabiliyyətinə malik olması məlum deyil. İstifadəçiləri izləmək asan deyil. Bir çox VPN-lər pulsuzdur və kredit kartı ödənişlərinə ehtiyac qalmır.

Hər halda, Pekindan fərqli olaraq, Tehranda nəyə icazə verilməli və verməməli barədə fikir birliyi yoxdur. Ruhani və onun kommunikasiya naziri Məhəmməd Cavad Azəri Cahromi, sosial mediaya daha açıq çıxışı müdafiə edirlər. Xamnəi daha mühafizəkardır, amma Qərb platformalarından özünün istifadə etməsi bu şəbəkələrə ikili münasibəti göstərir.

Bu qeyri-müəyyənlik sosial media ekosisteminin inkişafına təkan verib. İranlı məşhurlar, idmançılar, xəbər təşkilatları – hətta nifrətamiz zəngin uşaqları – informasiya və əyləncənin aparıcı mənbəyi olan Qərb platformalarında böyük izləyici kütləsi toplayıblar. Bir çox İran müəssisələri sadə media və mesajlaşma proqramlarını rəqəmsal marketinq və e-ticarət üçün istifadə edir. Ölkənin aparıcı süd şirkəti olan “Kalleh”in, yaxud “Digikala”nın “Instagram” hesabları “Amazon”dan geri qalmır.

“Instagram”-ı məhdudlaşdırmaq çoxsaylı pərakəndə ticarət, reklamveren və s. üçün biznes modelinin əsas hissəsini texniki cəhətdən kriminallaşdıra bilər. Amma “Telegram”-la olduğu kimi, onlar bu qadağanı da, yəqin ki, adlayacaqlar.

Sadə iranlılar üçün VPN-lərlə birlikdə istifadə edilən bu proqramlar, bir növ, rəqəmsal məkanda ictimai söhbət və mübahisə meydanıdır. Bir çoxları, həmçinin ictimai mediada fəaliyyət göstərən siyasətçilər və vəzifəli şəxslərlə ünsiyyət quraraq, hökumətin uğursuzluqlarını göstərir və cavabdehlik tələb edirlər.

Sosial media kampaniyaları vəzifəlilərin idman stadionlarında qadınların iştirakına icazə verilməsi, müəllimlərin maaşını artırmaq və ekoloji problemlərə diqqət çəkməyə yardımçı olur.

Zaman-zaman sosial media kampaniyaların tanınmış ictimai xadimi yerdən-yerə də vurduğu hallar olur. Məsələn, dekabrın sonunda 1980-ci illərdə İran-İraq müharibəsi zamanı Məsləhət Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri olmuş Möhsün Rzai minlərlə insanın həlak olduğu əməliyyatın (“Kərbəla-4” – tərc.) qəsdən həyata keçirildiyini yazıb. Guya İran tərəfi “hərbi yanıltma” üsuluna əl atıb.

Bir çox iranlılar bu tviti qəzəblə qarşılayıb: Rzainin tvitinə 4000 (çox qəzəbli) şərh və yalnız 2400 “layk” gəlib. Hətta İİKK-nin elit “Qüds” qüvvələrinin lideri Qasim Süleymani Rzainin iddiasını inkar etməyə məcbur olub.

“Tweet”-inin dərcindən 48 saat sonra Rzai üzr istəmək məcburiyyətində qalıb.

Politoloq Sadiq Zibakəlam Rabitə və Kommunikasiya Nazirliyinin təşkil etdiyi bir tədbirdə çıxış edərək bildirib ki, “Məclis, kəşfiyyat xidməti, prokurorluq və ya digər dövlət təşkilatları deyil, məhz kiberməkan Rzaini sözlərini geri götürməyə vadar edib”.

Hərbi komandanın “Twitter”-də geri çəkilməyə məcbur edilməsi İran hökumətinə təhlükə törətmir. 2009-cu ildə “yaşıl inqilab”da etirazçıların “Twitter”-dən istifadəsini unutmamış İran rəhbərliyindəki mühafizəkar qruplarda isə bu, narahatlıq doğurur.

Nazirliyin tədbirində Zibakəlam sosial media gücünün “qorxulu” olduğunu etiraf edib. “Instagram”-ı qadağan etmə planı da həmin qorxunun məhsuludur.

Amma praktiki baxımdan qadağa rəmzidir, qorxuya qarşı boş bir hərəkətidir. Rusiyanın mesajlaşma proqramı ilə “Telegram”-ın İran təcrübəsi daha nümunəvidir. O, ötən il aprelin 30-dan etibarən qapadılıb. Çünki “cinayət əməlləri üçün təhlükəsiz sığınacaq” halına gəlmişdi (Başqa sözlə, valyuta tacirləri tərəfindən ABŞ dollarının vahiməli alışını gücləndirən söz-söhbətlər yaymaq üçün istifadə edilmiş, İran rialını ucuzlaşdırmışdı).

“Telegram”-a nəzarəti əldə etmək üçün hökumət yerli kanallara çıxışın iplərini əlinə almışdı. Amma “Telegram” müştəriləri qadağanı adlamaq üçün VPN-lərə üz tutdu.

Tehran Universitetində aparılan bir araşdırmaya görə, qadağanın qüvvəyə mindiyi tarixdə gündəlik istifadə 2,4 milyarddan 850 milyona enib. Ancaq iki həftə sonra bu rəqəm 1,6 milyarda qədər yüksəlib. Noyabr ayına qədər hətta mühafizəkar siyasətçilər “Telegram”-ın istifadəsinə qayıdıblar.

Odur ki, Ruhani birdən “Instagram”-dan yoxa çıxarsa, onun 2,2 milyon izləyicisi ümidsizliyə qapılmayacaq: prezident tezliklə şəbəkəyə dönəcək.(Tərcümə: Strateq.az)

pia.az


Şərh yazın.

loading...