Bazar, 21 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ hərbi texnikasını Suriyadan çıxarır

ABŞ Suriya ərazisindən hərbi texnikanı çıxarmağa başlayıb

İşlər ABŞ-ın qoşunların çıxarılması üzrə planlarına uyğun olaraq aparılır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, hərbi texnikanın ilk partiyası artıq Suriyanı tərk edib.

Bildirilib ki, əvvəlcə ABŞ qüvvələrini Suriyanın şimal hissəsindən çıxaracaq.

Qoşunların çıxarılmasına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı rəhbərlik edir.

Suriyada iki mindən çox amerikalı hərbçi var. Onların tam çıxarılması 60-100 gün çəkəcək.

ABŞ-ın Suriyadan qoşunlarını çıxarması ilə bağlı prezident Donald Tramp 2018-ci il dekabrın 19-da məlumat vermişdi.

pia.az

Etiket: ABŞ Suriya

Şərh yazın.

loading...