Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdən gətirilən ərzaq məhsulları qıtlaşıb 

Qonşu ölkədə istehsalı kəskin azaldan səbəb həqiqətən bayram tətilidir?

Son günlər ölkəyə idxal olunan bir sıra ərzaq məhsulları çeşidləri ticarət şəbəkələrindən yoxa çıxıb. Ölkə mətbuatının yazdığına görə, xüsusilə Bakının bəzi supermarket şəbəkələrində idxal ərzaq məhsullarının çeşidi kəskin azalıb. Azalmanın əsasən xaricdən, daha çox Rusiya, Ukrayna və digər ölkələrdən idxal olunan məhsullarda müşahidə olunduğu bildirilir. Qeyd olunur ki, xüsusən çay, qənnadı məhsulları, sosiska və kolbasa məmulatlarında bir neçə ay əvvələ qədər müşahidə olunan çeşid bolluğu yoxdur.

Əmtəələrin qıtlaşmasını alıcılar da təsdiqləyirlər. Onların sözlərinə görə, uzun müddət aldıqları idxal markalarını yerli mallar əvəzləyir. Məsələn, qənnadı məmulatları arasında Rusiya istehsalı olan şokoladlar azalıb. Ukraynanın “Roshen” firmasına məxsus konfetlərin cəmi bir neçə çeşidi var.

Azərbaycana ərzaq məhsullarının ən böyük idxalçılarından biri olan “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlham Məmmədzadənin “Yeni Müsavat”a verdiyi məlumata görə, onların idxal etdiyi ərzaq məhsulları çeşidlərində hər hansı dəyişiklik yoxdur: “Bizim idxal etdiyimiz məhsul və ya satışda heç bir dəyişiklik yoxdur. Normal şəkildə həmişəki qaydada idxal və dağıtım həyata keçirilir”.

Satış şəbəkələrindən aldığımız məlumata görə, həqiqətən əsasən Rusiyadan gətirilən bir sıra məhsulların idxalı demək olar ki, dayanıb. Qeyd edək ki, Rusiyadan ölkəmizə ərzaq məhsullarından əsasən balıq və balıq məhsulları, süd və süd məhsulları, qənnadı məmulatları, çay idxal olunur. Maraqlıdır ki, nə Rusiya, nə də Azərbaycanın gömrük orqanlarından idxal-ixraca heç bir maneə yoxdur. Yəni məhsulların ixracı və idxalına hər hansı məhdudiyyət tətbiq olunmur.

Satış şəbəkələrindən verilən məlumata görə, problem istehsalçılarda yaranıb. Belə ki, istehsalçılarda məhsul istehsalında son bir ayda ciddi azalma baş verib. Rusiya tərəfi bunu bayram tətilləri ilə izah edir. Bildirilir ki, bayram tətilləri uzunmüddətli olduğu üçün istehsalda ciddi azalma baş verib. Satış şəbəkələrindən verilən məlumata görə, istehsalçılar yanvarın 15-dən vəziyyətin düzələcəyini, məhsul ixracının bərpa olunacağını bildiriblər.

Ukraynadan idxalda isə hər hansı problem yoxdur. “Roshen” firmasının məhsullarına gəlincə, onların idxalı ötən ilin ortalarından azalıb. Bu da həmin firmanın Rusiyadakı istehsal müəssisəsinin fəaliyyətini dayandırması, Ukraynada isə istehsalın kəskin azalması ilə bağlıdır.

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-noyabrında Azərbaycana 1 milyard 226 milyon manatlıq yeyinti məhsulları idxal olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar