Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşən dənizçilərin axtarışı bərpa edildi

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşən dənizçilərin axtarışı bərpa olunub

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov “Azərtac”a bildirib.

O qeyd edib ki, dünən qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılmışdı. Yalnız çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla axtarışlar davam etdirilirdi. Bu gün səhər saatlarında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayıb və məlumat verilib ki, hava şəraiti nisbətən sabitləşib. Axtarışlara yenidən gəmilər və helikopterlər cəlb edilib.

T.Müseyibovun sözlərinə görə, hava şəraiti tam düzələndən sonra axtarışlar geniş radiusda həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri - Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb. Digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə axtarışları davam etdirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar