Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FAO:"2018-ci ildə dünyada ərzağın qiymətləri 3,5 faiz ucuzlaşıb"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2018-ci ildə 168,4 bənd təşkil edib

Bu da 2017-ci ilin göstəricisindən 3,5 faiz azdır və 2011-ci ildə qeydə alınmış rekord səviyyədən (230 bənd) təqribən 27 faiz aşağıdır.

Ötən il ən çox şəkərin qiymətləri düşüb, bitki yağları, ət və süd məhsulları ucuzlaşıb, lakin taxıl məhsullarının qiymətləri bahalaşıb.

2018-ci ilin dekabrında indeks 161,7 bənd təşkil edib və noyabr göstəricisi ilə müqayisədə, demək olar, dəyişməyib.

Dekabr ayında taxıl məhsullarının qiymətlər indeksi 167,1 bənd təşkil edib ki, bu da noyabrın göstəricisindən 3 bənd (1,8 faiz), 2017-ci ilin dekabrının göstəricisindən 9,6 faiz yüksəkdir. Argentinada yağıntının vaxtsız düşməsi nəticəsində məhsula görə yaranan narahatlıq fonunda, habelə Rusiyadan idxalın azalması səbəbindən dekabrda buğdanın qiymətləri artıb. Lakin ixrac bazarlarında kəskin rəqabət qiymətlərin artmasının qarşısını alıb.

2018-ci ildə taxıl məhsullarının qiymətlər indeksi 165 bənddən bir qədər çox olub ki, bu da 2017-ci ildəkindən 9 faiz çoxdur, lakin 2011-ci ildə qeydə alınmış pik qiymətlərdən 31 faiz aşağıdır.

Dünyada buğda və qarğıdalının istehsal həcminin azalması 2018-ci ildə onların qiymətlərinin artmasına səbəb olub. Lakin bütün əsas taxıl məhsulları üçün təkliflərin ümumi həcmi çox yüksək olub. FAO ekspertləri bildirirlər ki, onların ehtiyatı əvvəlki qədər böyükdür.

Dekabr ayında bitki yağlarının qiymətlər indeksi 125,8 bənd təşkil edib ki, bu da noyabrdakı göstəricidən 0,5 bənd (0,4 faiz) yüksəkdir. Dekabrda ətin qiymətlər indeksi 163,6 bəndə bərabər olub, noyabrdakı göstəricidən 1,3 bənd (0,8 faiz) yüksək olub. Dekabrda quş əti və mal ətinin qiymətləri cüzi dəyişib, dünyada qoyun əti üçün təyin olunan qiymətlər bir qədər düşüb. Bu da əsasən Okeaniya ölkələrindən ixracın artması nəticəsində baş verib.(strateq.az)

pia.az


Etiket: FAO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar