Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Seyran Ohanyana qarşı ittiham irəli sürüldü

Ermənistanda 2008-ci ilin 1 mart etiraz aksiyaları zamanı hökumətin güc tətbiq etməsi nəticəsində 10 nəfər dinc nümayişçinin ölümü ilə əlaqədar açılan cinayət işi çərçivəsində keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ohanyan barədə istintaq bitənədək Ermənistanı tərk etməməsilə bağlı qərar çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl Ohanyan mart hadisələri ilə əlaqədar bir neçə dəfə Ermənistanın Xüsusi İstintaq Xidmətində dindirilsə də, ona qarşı ittiham irəli sürülməmişdi.

Xatırladaq ki, 2008-ci ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsində olub. Martın 1-də aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz ediblər. İrəvanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər dinc etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı Ermənistanın əvvəlki hökumətləri tərəfindən indiyədək cinayət işi açılmamış və insanların qətlinə görə heç kəs cəzalandırılmamışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə Xüsusi İstintaq Qrupu yaradılıb və 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb.

Hazırda mart hadisələrində təqsirləndirilən şəxs qismində sabiq müdafiə naziri Mikael Arutyunyan haqqında axtarış elan edilib. Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs olunub, KTMT-nin Ermənistandan olan baş katibi Yuri Xaçaturova qarşı isə ittiham irəli sürülüb.

pia.az

Etiket: Seyran Ohanyan

Şərh yazın.

loading...