Bazar ertəsi, 25 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Fransada icazəsiz mitinqlər qadağan edilir

Fransa hökuməti ölkədə icazəsiz etiraz aksiyası və mitinq keçirənlərə qarşı cəzaları sərtləşdirəcək

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduard Filip bəyan edib.

“Biz insanların öz fikirlərini azad formada ifadə etmə hüquqlarına hörmət etməliyik, amma eyni zamanda, qanunu pozanları da cəzalandırmalıyıq. Fransa hökuməti icazəsiz aksiyalara görə cəzaları sərtləşdirən qanun layihəsi qəbul edəcək” – Filip vurğulayıb.

Qeyd edək ki, yanvarın 5-də paytaxt Paris daxil olmaqla Fransanın bir sıra şəhərlərində “sarı jiletlilər” hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirib. Artıq etirazçılar Fransanın Avropa İttifaqından çıxmasını və prezident Emmanuel Makronun istefasını tələb edirlər.

İki aya yaxındır Fransada davam edən etirazlarda polislə toqquşma nəticəsində 10 nümayişçi öldürülüb, mindən çox insan yaralanıb, 5 mindən çox etirazçı saxlanılıb, min nümayişçi isə həbs edilib.

pia.az

Etiket: Fransa

Şərh yazın.

loading...