Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqresin Türkiyə ilə bağlı inadkarlığı

Qanunvericilər Tramp administrasiyasından daha sərt tələblər irəli sürürlər

Brayant Harris

“Əl-Monitor”, 10.01.2019

Vaşinqton və Ankaranın münasibətləri amerikalı pastor Endrü Bransonun ucbatından müvəqqəti olaraq gərildi, amma onun azad edilməsindən sonra yenidən düzəlib. Bununla belə, Konqres hələ də Ankaraya xəbərdarlıqlar edir.

Ötən həftə hər iki palatadakı demokratlar Türkiyəyə silah satışını qadağan və sanksiyalar tətbiq edən məsrəflər layihəsinə səs veriblər. Birpartiyalı üstünlüyün olduğu keçən il respublikaçılar da eyni mövqedə idi.

İndi Senatdakı çoxluğun lideri Mitç MakKonnell prezident Donald Trampın Meksika ilə sərhəddə divarın tikintisini maliyyələşdirən büdcəni təsdiqləməkdən imtina edir. Ancaq hər iki palatada qanunvericilər bu il Türkiyə ilə bağlı düşüncələrini Ankaranın növbəti addımlarına əsaslandırırlar.

Türkiyənin Rusiyadan “S-400hava hücumundan müdafiə sistemini alması niyyəti, ABŞ vətəndaşlarının və işə götürülmüş konsulluq işçilərinin həbsləri davam edir.

Senator Cin Şahin “əl-Monitor”a deyib: “Hər şey Türkiyənin “S-400” raket sistemini alıb-almayacağın bağlıdır və bu, bəzi təsirlərə səbəb olacaq. Biz hələ də məsələni müzakirə edirik”.

Xarici yardım qrupunun üzvləri Şahin və senator Ceyms Lankford ötən il Türkiyəyə silah satışına tətbiq olunan sanksiyaların lehinə olub. Şahin-Lankford müddəaları Rusiyadan “S-400”-ün alışı ilə bağlı olaraq Tramp administrasiyasının Ankaraya “F-35” təyyarələrinin verilməsinə qadağa qoyur.

Türkiyə, Birləşmiş Ştatlar və bir çox başqa ölkələrlə birlikdə “F-35”-in stehsalı proqramında iştirak edir. Pentaqon ötən il Konqresə məlumat verib ki, Türkiyənn birgə istehsal proqramından çıxarılması 50-dən 70-ədək “F-35”-in təhvil-təslimini iki ilə qədər gecikdirə bilər.

S-400” satışı ilə irəliləmənin də, ABŞ-ın düşmənlərinə müqavimət haqqında qanuna (2017-ci il) uyğun olaraq, Türkiyəni ABŞ sanksiyaları ilə üzləşdirməsi mümkündür. Bu qanun Tramp administrasiyasından Rusiyanın müdafiə sektoru müəssisəsələri, o cümlədən “S-400”-ü istehsal edən “Almaz-Antey”lə iş aparan ölkələrə qarşı sanksiya tətbiqini tələb edir.

Şahin və Lankford ABŞ vətəndaşlarının həbsə alınmasına məsul olan üst səviyyə türk səlahiyyətlilərinə viza verilməsini qadağan edən daha sərt sanksiyaların tətbiqinə tərəfdar olublar.

Bu, Türkiyənin Endrü Bransonun azad edilməsindən – respublikaçıların yevangelist seçici bazasının çalxalanmasəndan əvvəl olub. Türkiyə pastoru sərbəst buraxıb, amma başqa bir ABŞ vətəndaşını – NASA podratçısı Serkan Qolcanı həbsdə saxlamağa davam edir. Tramp Bransonun azad etmək üçün çağırışlar edərkən, senator Şahin Ankaranın alim və işə götürülmüş ABŞ konsulluq əməkdaşının tutulmasından narahatlığı dilə gətirib.

Nəhayət, 2017-ci ildə Ərdoğanın Vaşinqton səfəri zamanı etirazçıları döyməkdə ittihamlanan təhlükəsizlik əməkdaşları ABŞ məhkəmələrində mühakimə olunmayana qədər silah satışına qadağa qoyulacaq. Tramp administrasiyası 11 şəxsə qarşı ittihamları ləğv etdikdən sonra onlardan yalnız dördünün işi ABŞ məhkəmələrində qalmaqdadır.

Konqresdən fərqli olaraq, Tramp administrasiyası ittifaq axtarışını davam etdirir.

Ərdoğanın Trampı ABŞ qoşunlarını Suriyadan çıxarmağa razı salması və Ankaranın terrorist qrup olaraq gördüyü ABŞ dəstəkli “Kürd Xalq Müdafiə Birləşmələri”nə (YPG/PYD) qarşı hücumuna yol açdıqdan sonra sanki yaxşılaşma baş verməli idi.

Ancaq administrasiya geri çəkilmək üçün ilk 30 günlük qrafik fikrindən daşınıb və Ankaradan suriyalı kürdlərə hücumdan çəkinməyi tələb edib. Buna cavab olaraq Ərdoğan milli təhlükəsizliyi məsləhətçisi Con Boltonla görüşü ləğv edərək, əvəzinə onu Məclis kürsüsündən topa tutub.

Tərcümə: Strateq.az

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar