Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz bayramı ərəfəsində əfv sərəncamı gözlənilir

Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev qeyd edib ki, ötən ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib:

“O cümlədən onların arasında 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib. Həmin əfv sərəncamı miqyas etibarilə kiçik amnistiya da adlandırılır. Baxmayaraq ki, əfv və amnistiya tamamilə fərqli institutlardır”.

Hüquqşünas bildirib ki, əfv sərəncamları 2018-ci ilədək adətən Novruz bayramı ərəfəsində verilib:

“Bu səbəbdən də növbəti Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının katibliyi və əfv sektoru daimi işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Həmçinin, müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Komissiyanın iclaslarının çağırılması cənab sədrə məxsusdur. Amma əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar